Icma.az
close
up
RU
Fransada hökumət içindən dağıldı RƏY

Fransada hökumət içindən dağıldı RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lekornu sadəcə Makronun yaxın adamı idi


“Gedişat ölkəni siyasi sabitsizliyə aparır. Çıxış yolu yenidən seçkilərin keçirilməsi ola bilər"


Fransa Prezidenti Emmanuel Makron bazar günü ölkəni siyasi böhrandan çıxarmağa çalışan Baş nazir Sebastyan Lekornunun başçılıq etdiyi komandanı bir araya gətirərək yeni hökuməti formalaşdırıb. Bir çox əsas nazirlər öz postlarını qoruyublar. Lakin Baş nazir Sebastyan Lekornu hökumətin yeni tərkibinin elanından bir neçə saat sonra istefa verib. Makron Lekornunun istefasını qəbul edib. 

Fransada həm sol, həm də sağ müxalifət yeni hökumətin tərkibini kəskin tənqid edib. Müxaliflər kabinetdə əksər nazirlərin vəzifədə qalmasını gözləntilərinin puça çıxması kimi qiymətləndirib. "Əyilməz Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşon yeni hökuməti "əziyyət siyasətini" davam etdirən "kölgələr karvanı" adlandırıb. Onun partiya yoldaşı Erik Kokrel hökumətə etimadsızlıq səsverməsi tələb edəcəyini açıqlayıb. "Milli Birlik" lideri Marin Le Pen yeni kabineti "acınacaqlı" adlandırıb. Partiya sədri Jordan Bardella isə "ya Makron siyasətindən qopmaq, ya da etimadsızlıq səsverməsi" çağırışı edib. 


Fransadakı qarışıqlığı Sherg.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, Sebastyan Lekornu baş nazir postuna peşəkarlığına, yüksək siyasi nüfuzuna görə deyil, Prezident Makrona yaxın olduğu üçün təqdim olunmuşdu. Ekspert vurğulayıb ki, Lekornuya fransız cəmiyyətində də etimad yüksək deyildi: 


"Çünki Lekornu daxili işlər naziri postunda ikən etirazçılara qarşı sərt davranışları ilə yadda qalıb. İstefasının səbəblərinə gəldikdə isə öncə deyim ki, Lekornu sadəcə 1 ay ərzində vəzifəsində qaldı və elə bu qısa dönəmdə ciddi tənqid olundu. Onun istefası siyasi və iqtisadi səbəblərlə bağlıdır. Siyasi səbəblər odur ki, Fransanın siyasi palitrası son illərdə kifayət qədər dağınıqdır. Burada siyasi qüvvələr parçalanmış vəziyyətdədir. Bunu ötən il Fransada keçirilən parlament seçkilərində gördük. Heç bir siyasi qüvvə parlamentdə təkbaşına hökumət yaratmaq və dayanıqlı kabinet qurmaq imkanlarına malik deyil. Lekornu da məhz buna görə istefa vermək məcburiyyətində qaldı. Onun təmsil etdiyi siyasi qüvvə parlamentdə mütləq, əzici üstünlüyə malik deyil. Ona görə də koalisiya hökuməti müxtəlif müttəfiqlərlə danışıqlar əsasında formalaşmışdı". 


O.Qasımov əlavə edib ki, belə hökumət uzunmüddətli ola bilməzdi və elə hökumətdə təmsil olunan qüvvələr tərəfindən də tənqidə məruz qalırdı: 

"Təzyiq altında olan bir koalisiya hökumətinin iqtisadi islahatlar aparması da qeyri-mümkün idi. Son illərdə Fransada gərgin siyasi durum məhz ölkə iqtisadiyyatını da zəiflədib, dövlət borcu artıb, iqtisadi inkişaf tempi aşağı düşüb. Ölkəni bu vəziyyətdən çıxarmaq üçün çevik və dayanıqlı hökumətə ehtiyac var. Lekornu indi istefa verməsəydi, təzyiqlərə dözsəydi belə, bunu uzun müddət sürdürə bilməzdi. O səbəbdən bəri başdan uzaqlaşmaq qərarına gəldi. Gedişat ölkəni siyasi sabitsizliyə aparır. Çıxış yolu yenidən seçkilərin keçirilməsi ola bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri