Fransada iki böyük bankın ödəniş sistemləri sıradan çıxıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 31 avqust, AZƏRTAC
Fransada ölkənin 14 milyona yaxın sakininə xidmət göstərən iri bankların ödəniş sistemlərində nasazlıq yaranıb
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazıb.
Qəzetin aydınlaşdırdığı kimi, bir gün əvvəl “Credit mutuel” və CIC müştəriləri kredit kartları ilə alış-veriş edə və nağd pul çıxara bilməyiblər. Birinci bank problemləri qurumun İT departamentinin əməkdaşları tərəfindən tez bir zamanda aşkar edilərək aradan qaldırılan “daxili nasazlıq” kimi izah edib. Mənbə bildirib ki, çətinliklər kompüterin yenilənməsindən sonra yaranıb.
“Downdetector” portalının məlumatına görə, “Credit mutuel” müştərilərindən 5000-dən çox, CIC-dən isə 3000-dən bir qədər az şikayət daxil olub. Bəzi müştərilər ödəyə bilmədiyi ərzaqları supermarketdə tərk etməli olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Avqust 2025 05:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















