Fransada istilər səngimir: 43 il əvvəlki rekord təkrarlandı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Fransada müşahidə olunan anomal istilər müddətinə görə 43 il əvvəlki rekordu təkrarlayıb.
Moderator.az "Franceinfo" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Milli Meteorologiya Xidmətinin mütəxəssisləri məlumat veriblər.
Mənbənin məlumatına görə, Fransada anomal istilik dalğası 23 gün davam edib. Bu, 1983-cü ildə qeydə alınmış rekord göstərici ilə eynidir.
"Hazırkı istilik dalğası 1983-cü ilin iyul ayındakı istilərlə yanaşı, müşahidələr tarixində ən uzunmüddətli istilik dalğalarından biri hesab olunur", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, Fransada bu istiqamətdə meteoroloji müşahidələr 1947-ci ildən aparılır.
Ekstremal istilərin Qərbi Avropaya qayıtdığı ötən həftə məlum olub. Nəticədə Parisdə havanın temperaturu 38.1 dərəcəyə yüksəlib. Bu göstərici 150 il əvvəl qeydə alınmış rekordu yeniləyib. Belə ki, 1876-cı ildə Parisdə temperatur 36.2 dərəcə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Avqust 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















