Fransada katolik məktəbində cinsi və fiziki zorakılıq iddiası: İbtidai araşdırma başladılıb
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın cənub-qərbində yerləşən özəl katolik məktəbinə qarşı cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı ilkin istintaqa başlanılıb.
BAKU.WS xəbər verir ki, Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, Pireney-Atlantik departamentinin Ustarits şəhərindəki "Saint-François-Xavier" adlı katolik orta və ali məktəbi zorakılıq iddiaları ilə gündəmə gəlib.
Bayonne Prokurorluğu 1960–2005-ci illər arasında həmin məktəbdə oxuyan 10-dan çox şagirdin cinsi və fiziki zorakılığa məruz qaldıqlarını bildirərək 10 aprel tarixində şikayət etmələrindən sonra məktəbə qarşı ilkin araşdırmaya başlayıb.
"Facebook" sosial şəbəkəsində bu məktəbin zərərçəkmiş şagirdlərindən ibarət yaradılmış kollektivin sözçüsü Jil Parent bildirib ki, Fransada daha əvvəl cinsi istismar iddiaları ilə gündəmə gələn Betharram Katolik Məktəbi işi onları bu şikayəti verməyə təşviq edib.
Qeyd edək ki, "Notre-Dame de Betharram" məktəbinin keçmiş şagirdlərindən 112 nəfərin şikayəti əsasında Pau Prokurorluğu ötən il məktəbdə 1960–2011-ci illərdə baş verdiyi iddia edilən zorakılıq və cinsi istismar halları ilə bağlı istintaqa başlamışdı.
Bu məktəbin 93, 69 və 59 yaşlarında olan üç keçmiş əməkdaşı 19 fevralda saxlanılmışdı. Şikayətçi olan keçmiş şagirdlərin sayı isə sonradan 200-ə çatmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















