Fransada keçirilən etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 2-də həmkarlar ittifaqı aksiyası günü çərçivəsində Fransada təşkil olunan etiraz aksiyalarında 195 minə yaxın insan iştirak edib.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki , bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fransa Ümumi Əmək Konfederasiyası etirazçıların sayının 600 min olduğunu, ölkə daxilində isə 200-ə yaxın nümayişin keçirildiyini bildirib. Həmkarlar ittifaqları tərəfindən təşkil edilən etirazçıların tələbləri hökumətin sərt iqtisadi tədbirlərinə qarşı yönəlib.
Daxili İşlər Nazirliyi onu da qeyd edib ki, nümayişçilərin sayı sentyabrın 18-də keçirilən etiraz günü ilə müqayisədə xeyli az olub. Departamentin hesablamalarına görə, 505 min insan Fransa şəhərlərində küçələrə çıxıb, onlardan 55 mini Parisdə olub.
Etirazlar həmçinin ölkənin Marsel, Lion, Bordo, Tuluza, Nant, Renn və digər böyük şəhərlərində keçirilib. Etirazlar zamanı asayişi qorumaq üçün 76 min polis və jandarm cəlb edilib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Oktyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















