Icma.az
close
up
RU
Fransada nə baş verir? Makron çətin durumda

Fransada nə baş verir? Makron çətin durumda

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fransada vaxtaşırı hökumət böhranları baş verir. Bu, xüsusilə baş nazir yeni kabinet formalaşdıra bilmədikdə, istefa verdikdə və ya parlament hökumətə etimadsızlıq göstərdikdə müşahidə olunur. Belə vəziyyətlər, təbii ki, Prezident Emmanuel Makronun siyasi imicinə mənfi təsir göstərir".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Fransa Prezidenti Emmanuel Makronun hökumətə etimadsızlıq votumu qəbul edildiyi təqdirdə parlamenti dərhal buraxacağı barədə məlumatı şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Makron daha çevik və funksional hökumət modeli istəyir:

"Fransada siyasi idarəetmənin, xüsusilə də iqtisadiyyatın yönəldilməsi əsasən hökumətin üzərinə düşür. Lakin hökumətə qarşı parlamentdə də ciddi etimadsızlıq mövcuddur ki, bu da nəticə etibarilə hökumət böhranına gətirib çıxarır".

Politoloq qeyd etdi ki, əgər Fransa beynəlxalq nüfuzunu artırmaq və Avropada siyasi mərkəz rolunu gücləndirmək istəyirsə, ilk növbədə, dayanıqlı və effektiv fəaliyyət göstərən hökumət qurmalı, paralel olaraq iqtisadi inkişafı təmin etməlidir:

"Lakin görünən odur ki, Fransa iqtisadiyyatında müəyyən geriləmələr baş verir və bu, hökumətə qarşı tənqidlərin daha da artmasına səbəb olur. Bir neçə dəfə hökumət formalaşdırılsa da, bu cəhdlər çox qısa müddət, hətta bəzən bir neçə saat davam edib. Təbii ki, bu cür vəziyyət Makron üçün olduqca çətin siyasi şərait yaradır. Mən düşünmürəm ki, Makron yaxın zamanda parlamenti buraxacaq. Lakin qısa və orta perspektivdə əsas hədəf hökumət böhranına son qoymaq və vahid, çevik fəaliyyət göstərən bir Nazirlər Kabinetinin qurulması olacaq. Bu, Fransadakı demokratik idarəetmə modelinin hökumətlə parlament arasında gedən təbii dinamikanın nəticəsidir. Bununla belə, Fransa prezident respublikasına əsaslanan bir siyasi sistemə malikdir".

Müsahibimizin fikrincə, Fransanın xarici siyasətində də müəyyən geriləmələr müşahidə olunur:

"Ümumilikdə isə Emmanuel Makronun prezidentliyi dövründə biz hökumət böhranları, xarici siyasətdə zəifliklər və ölkə daxilində baş verən zorakılıq halları ilə qarşılaşırıq. Bütün bu proseslər cəmiyyətin və beynəlxalq müşahidəçilərin diqqətindən yayınmır. Makronun parlamenti buraxması ehtimalı müəyyən suallar doğurur, lakin bu addımın atılıb-atılmayacağı yaxın dövrlərdə yaranacaq siyasi vəziyyətdən asılı olacaq", - deyə Məhəmməd Əsədullazadə vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri