Fransada növbəti qarət: 7 dəqiqəyə 12 milyonluq soyğun etdilər
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Altı cinayətkar Fransanın Lion şəhərindəki Pourquery Laboratoriya zavodundakı qiymətli metalların emalı laboratoriyasını qarət edib.
"Ölkə.az" bu barədə Le Progres qəzetinə istinadən xəbər verir.
Şahidlər bildiriblər ki, soyğunçular sayrışan işıqları olan bir maşınla gəlib laboratoriyanın pəncərələrini partlayıcı maddələrlə sındırıblar. Soyğun yeddi dəqiqə davam edib.
"Orada silahlı bir neçə şəxs var idi. Biz onların qaçmazdan əvvəl maşınlarını yüklədiyini gördük", - Le Progres şahidlərin sözlərinə istinadən yazıb.
Hücum nəticəsində beş fabrik işçisi yaralanıb. Oğurlanmış qiymətli metalların dəyəri 12 milyon avro olaraq qiymətləndirilib. Fransanın daxili işlər naziri Loran Nunyes daha sonra bütün hücum edənlərin həbs olunduğunu elan edib.
Daha əvvəl naməlum hücumçular Luvr muzeyinə daxil olaraq Napoleonun kolleksiyasından zinət əşyaları oğurlayıblar.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















