Icma.az
close
up
RU
Fransada oğurlanmasından 100 il sonra nadir çəhrayı almaz sərgilənib

Fransada oğurlanmasından 100 il sonra nadir çəhrayı almaz sərgilənib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada şənbə günü nadir çəhrayı almaz nümayiş etdirildi - bu, onun 100 il əvvəl oğurlanmasından bəri ilk dəfədir. Sonuncu dəfə bu almaz 1926-cı ilin oktyabrında baş verən cəsarətli qarətdən əvvəl ictimaiyyətə təqdim olunmuşdu.

"Qran Konde" (Grand Condé) kimi tanınan, armudvari formada və 9,01 karat çəkidə olan bu çox nadir qiymətli daş Paris yaxınlığındakı Şantiyi qəsrinə gecə basqını zamanı oğurlanmışdı; həvəskar oğrular onu içərisi əvvəlcədən təmizlənmiş bir almanın içində gizlətmişdilər.

Fransa inqilabı dövründə xilas olan azsaylı krallıq qiymətli daşlarından biri olan bu almaz bir neçə həftə sonra gözlənilməz şəkildə tapıldı: oğruların qaldığı otelin xadiməsi acaraq nömrədə duran və içində almaz olan almanı dişləmişdi.

İndi bu daşı yenidən Şantiyi qəsrindəki Konde Muzeyində görmək olar; "Le Diamant Rose" ("Çəhrayı almaz") adlı sərgisi yanvarın 3-dək davam edəcək.

Muzeyin direktoru Matye Deldik bildirir ki, alma ilə bağlı əhvalat inanılmaz görünə bilsə də, öz vaxtında mətbuatda geniş işıqlandırılmışdı.

Jurnalistlər Deldikdən bu sərginin - xüsusən son bir ildə mədəni sərvətlərin oğurlanması seriyası, o cümlədən 2025-ci ilin oktyabrında Luvrun cəsarətli qarət edilməsi fonunda - tale ilə bir növ oyun olub-olmadığını soruşublar.

Direktor "CNN" televiziya şirkətinə sığorta məbləğini açıqlamaqdan imtina etdi, lakin vurğuladı ki, daş hərtərəfli elmi tədqiqatdan keçibvə bunun sayəsində indi onu yanılmadan eyniləşdirmək mümkündür.

Konde Muzeyinin nümayəndələrinin sözlərinə görə, bu analizlərin nəticələri, habelə daşın tarixi və oğurlanması barədə əvvəllər dərc olunmamış arxiv materialları ekspozisiyanın bir hissəsinə çevrilib.

Təbii mənşəli çəhrayı almazlara son dərəcə nadir hallarda rast gəlinir və onların dəyəri çox vaxt on milyonlarla dollarla ölçülür.

"Sotheby's" hərrac evinin məlumatına görə, belə bir daş üçün hərracda ödənilən rekord qiymət 71,2 milyon dollar təşkil edib - bu, 2017-ci ildə baş verib.

"Qran Konde"nin dəqiq mənşəyi sirr olaraq qalır. Şantiyi qəsrindən bildirildiyinə görə, daşın adı ilk dəfə 1740-cı ildə - şahzadə IV Lüdovik (Lui Anri) de Burbon-Kondenin ölümündən sonra tərtib edilmiş əmlak siyahısında çəkilir.

Daha sonra o, Fransa kralı I Lui-Filippin həyat yoldaşı, kraliça Mariya-Amaliya Burbon-Sicilyalının kolleksiyasına daxil olub, sonradan isə onun oğlu - şahzadə Anri Orleanskiyə keçib.

O, daşı Parisdən 50 km şimalda yerləşən Şantiyi qəsrinin, həmçinin Konde Muzeyinin kolleksiyasını təşkil edən minlərlə incəsənət əsəri və əlyazmanın sahibi olan Fransa İnstitutuna vəsiyyət edib.

Hazırladı:

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri