Fransada paraşütçüləri daşıyan təyyarə qəzaya düşdü Sağ qalan yoxdur
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Fransanın Tomblen qəsəbəsində paraşütçüləri daşıyan kiçik mülki təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, nəticədə göyərtədə olan 11 nəfərin hamısı həlak olub.
İlkin məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb və alovlanıb.
Qəzaya uğrayan təyyarədə 1 pilot, 5 paraşüt təlimatçısı və tandem paraşütü ilə ilk dəfə tullanmağa hazırlaşan 5 nəfər olub.
Hadisə yerinə xilasedicilər, çoxsaylı yanğınsöndürən və tibbi briqadalar cəlb edilib.
Fransa Mülki Aviasiya Təhlükəsizliyi Bürosu hadisənin səbəbləri haqda araşdırmalara başlayıb.
Qəza Fransada son illərin ən ağır paraşüt aviasiyası hadisələrindən biri hesab olunur.

Bu mövzuda digər xəbərlər:Təyyarə qəzaya uğradı Sağ qalan yoxdur
05 Sentyabr 2025 18:39
Təyyarə qəzaya uğrdı Sağ qalan yoxdur
01 May 2026 20:05
Yüksək rütbəli şəxslərin olduğu təyyarə qəzaya düşdü Sağ qalan yoxdur
28 Yanvar 2026 11:24
Kolumbiyada təyyarə qəzaya uğradı Sağ qalan yoxdur
29 Yanvar 2026 07:02
Fransada hərbi təyyarə qəzaya uğradı
10 Aprel 2026 22:06
Baxış sayı:145
Bu xəbər 28 İyun 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















