Icma.az
close
up
RU
Fransada parlamentin hökumətə etimadsızlığından sonra Makronun istefası tələb olunur

Fransada parlamentin hökumətə etimadsızlığından sonra Makronun istefası tələb olunur

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Fransada solçu “Fəth edilməyən Fransa” partiyasının lideri Matilde Pano parlamentin hökumətə etimadsızlığından sonra Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb edib.

Gununsesi.info xəbər verir ki, Matilde Panonun açıqlamasını BFMTV yayıb.

“Bu xaosu Makron yaratdı. O, fransızların yoxsullaşmasına, təhsilin və səhiyyənin məhvinə görə məsuliyyət daşıyır. Bu gün etimadsızlıq səsverməsi Makronun siyasətinin məğlubiyyətidir. Başqa həll yolu qalmayıb: Makronun getməsini tələb edirik. Fransızların 60 faizindən çoxu belə düşünür”, – deyə Pano bildirib.

Fransanın sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen də TF1 televiziya kanalının efirində Fransa Prezidenti Emmanuel Makrondan istefasını tələb edib.

“O, məsuliyyət daşıyacaq və ağlının, vicdanının ona dediyini edəcək. Lakin heç bir şübhə yoxdur ki, mövcud vəziyyətə görə əsas məsuliyyət onun üzərinə düşür”, – deyə Marin Le Pen Mişel Barnier hökumətinin istefasından sonra bildirib.

Qeyd edək ki, dekabrın 4-də Fransa parlamentinin Aşağı Palatası Mişel Barnier hökumətinə etimadsızlığın lehinə səs verib. Hökumət 1962-ci ildən bəri ilk dəfə istefaya getməli olacaq. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.

Bundan əvvəl Mişel Barnier hökumətinin istefa verəcəyi təqdirdə Makronun 24 saat ərzində yeni baş nazir təyin edəcəyi bildirilirdi.

Yaranmış vəziyyətlə əlaqədar E. Makronun dekabrın 5-də xalqa müraciət edəcəyi barədə məlumat yayılıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2024 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri