Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir
Icma.az bildirir, Azertag portalına istinadən.
Paris, 4 sentyabr, AZƏRTAC
Fransada polisər sentyabrın 15-də kütləvi etiraz aksiyası keçirəcək. Daxili işlər naziri Loran Nünez ilə görüşdən narazı ayrılan həmkarlar ittifaqları nümayəndələri bu barədə xəbərdarlıq ediblər.
AZƏRTAC xəbər verir ki, polislər əsasən maaşların və risk əlavəsinin artırılmasını (ISSP) tələb edirlər. ISSP risk əlavəsi 2019-cu ildən bəri artırılmayıb.
“Alliance” həmkarlar ittifaqı polis üçün illik büdcənin 300–500 milyon avro artırılmasını tələb edir. Təşkilatın rəhbəri Fabyən Vanhemelrik sentyabrın 15-də minlərlə polis əməkdaşının küçələrə çıxacağını bildirib.
“UN1TE” həmkarlar ittifaqı da aksiyanı dəstəkləyir və nazirliklə yeni danışıqların keçiriləcəyinə ümid edir.
Polislərin artan narazılığı Fransada büdcə müzakirələri fonunda yeni sosial gərginlik yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 Sentyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















