Fransada qalmaqal: Nəqliyyat naziri meri cırtdan adlandırdı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Nitsa meri Syotti təhdidlərdən sonra nəqliyyat naziri Tabaronun işdən çıxarılmasını tələb edib. Fransada Prezident Emmanuel Makronun Nitsaya səfərindən sonra qalmaqal baş verib.
"Ölkə.az" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, şəhərin meri Erik Syotti Baş nazir Sebastyan Lekornyuya məktub göndərərək nəqliyyat naziri Filipp Tabaronun işdən çıxarılmasını tələb edib. Səbəb isə nazirin şahidlərin iştirakı ilə səsləndirdiyi təhqir və hədələr olub.
"Canard Enchaine" nəşrinin yazdığına görə, Tabaro tədbir zamanı kifayət qədər ucadan və camaat qarşısında meri "cırtdan" adlandırıb, sonra isə ona yaxınlaşaraq, alçaq səslə onu "yoxa çıxmağa" vadar edəcəyi ilə bağlı hədə-qorxu gəlib
BFMTV-nin məlumatına əsasən, siyasətçilər arasında gərginlik onların Respublikaçılar Partiyasındakı keçmiş üzvlükləri və yerli səviyyədə siyasi rəqabət, xüsusən də Senat seçkisi ərəfəsində daha da güclənib. Syottinin partiyadan getməsi münaqişəni daha da kəskinləşdirib və indi bu, nazirin istefası tələbi ilə ictimai qalmaqala çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:227
Bu xəbər 16 İyun 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















