Icma.az
close
up
RU
Fransada “Respublikaçı”ların prezident seçkiləri üçün maliyyə qayğıları var

Fransada “Respublikaçı”ların prezident seçkiləri üçün maliyyə qayğıları var

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 1 fevral, AZƏRTAC

Mart ayında bələdiyyə seçkiləri başa çatan kimi Fransada növbəti prezident seçkiləri üçün kampaniya mərhələsi yaxınlaşacaq. Lakin hazırkı vəziyyətdə “Respublikaçılar” (LR) partiyası bu kampaniyanı maliyyələşdirmək imkanına malik deyil. Partiya daxilində təsirli mövqeyə malik bir funksionerin sözlərinə görə, bu gün LR böyük bir seçki kampaniyasını maliyyələşdirə bilən partiya deyil.

AZƏRTAC xəbər verir ki, prezident seçkiləri kampaniyasının dəyəri təxminən 20 milyon avro təşkil edir. Brüno Rötayoya yaxın bir mənbə açıq şəkildə bildirir ki, LR-in kassasında bu qədər vəsait yoxdur. Partiyanın ehtiyat fondu mövcud deyil və LR-dən olan bir nazir bunu gizlətmir.

Doğrudur, son illərdə partiyanın maliyyə vəziyyəti qismən yaxşılaşdırılıb, lakin struktur problemlər hələ də qalır. Bu çətinliklərin kökü 2012-ci ilə, Nikola Sarkozinin seçki məğlubiyyətinə və kampaniya xərclərinin dövlət tərəfindən geri qaytarılmamasına gedib çıxır. Həmin dövrdən bəri LR bütün parlament seçkilərində mövqelərini itirib. Halbuki dövlət dotasiyaları birbaşa deputatların sayından asılıdır.

Buna əlavə olaraq, Loran Vokyeyə yaxın olan bir qrup deputat maliyyə baxımından partiyaya bağlanmamaq qərarı verib. Bu isə LR-i ildə azı 100 min avro gəlirdən məhrum edir. Digər bir ciddi problem isə bank kreditləri ilə bağlıdır.

Bu vəziyyət əslində bir qapalı dairəyə çevrilib. Partiya banklara müraciət etdikdə, maliyyə qurumları onun borcu qaytarmaq qabiliyyətini yoxlayır. İndi isə sual yaranır: LR 2027-ci ildə daha yaxşı nəticə göstərə biləcəkmi?

Üstəlik, partiya artıq qərargahının sahibi deyil, kirayəçidir. Bu isə binanı girov qoyaraq kredit götürmək imkanını tamamilə aradan qaldırır. Məhz buna görə də partiya sədri Brüno Rötayo maliyyə vəziyyətinin ciddiliyini yaxşı bildiyi üçün pərdəarxası fəallığını artırıb. Onun yaxın ətrafından bir nəfər iri donorlar tapmaqla məşğuldur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2026 02:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri