Fransada Rusiyanın konsulluğuna hücum: partlayış olub
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün səhər saatlarında Rusiyanın Fransanın Marsel şəhərindəki Baş Konsulluğunun ərazisində partlayış baş verib.
Ölkə.Az xəbər verir ki, hadisə yerində otuz nəfərə yaxın yanğınsöndürən və polis əməkdaşı cəlb olunub.
Məlumata görə, diplomatik nümayəndəliyin bağçasına iki molotov kokteyli atılıb.
İlkin olaraq Fransa mediası partlayışın konsulluğun yaxınlığında baş verdiyini yazıb.
Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə bildirib ki, partlayış diplomatik missiyanın binasında baş verib.
Bildirilir ki, hücum zamanı xəsarət alan olmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəsində terror aktının əlamətlərinin olduğunu bildirib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















