Fransada şagird etirazları Makron təcili müşavirə çağırdı
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron ölkədə yuxarı sinif şagirdlərinin etirazları ilə bağlı vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında bir sıra nazirlərin iştirakı ilə təcili müşavirə keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV Fransa liderinin yaxın ətrafına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, görüşdə Baş nazir Sebastyen Lekornyu və milli təhsil naziri Eduar Jefre də iştirak edəcək. Müşavirənin çərşənbə axşamı axşam saatlarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Fransada yuxarı sinif şagirdlərinin etirazları sentyabrın 21-də Paris ətrafında başlayıb. Şagirdlər müəllim çatışmazlığı, həddindən artıq uzun dərs saatları, köhnəlmiş məktəb binaları, böyük siniflər və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Son günlər bəzi aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş verib və bir sıra məktəblərin girişləri bloklanıb. Etirazların ölkə üzrə genişlənməsi fonunda polis müdaxiləsi ilə bağlı da mübahisələr yaranıb; son hadisələr zamanı bir neçə yeniyetmə xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Oktyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















