Fransada Şamonda virusuna ilk dəfə insanda rast gəlinib, xəstə ölüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada əsasən heyvanlarda, xüsusilə mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb.
“Reuters”-in Fransa səhiyyə orqanlarına istinadən yaydığı məlumata görə, hazırda virusun əhali üçün təhlükə yaratdığına dair risk müəyyən edilməyib.
Məlumata görə, yoluxmuş xəstə sonradan xəstəxanada vəfat edib.
Şamonda virusu dişləyən xırda həşəratlar vasitəsilə yayılır. Virus ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb, sonradan Afrika və Yaponiyada heyvanlar arasında qeydə alınıb. 2026-cı ildə isə Avropanın bir sıra ölkələrində yayılmağa başlayıb.
Fransa Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, insanda aşkarlanan ilk hal ağır immunçatışmazlığı olan xəstədə qeydə alınıb. Yoluxmanın Şərqi Fransada baş vermiş ola biləcəyi ehtimal edilir. Həmin ərazidə virus 2026-cı ilin yaz və yay aylarında heyvanlar arasında yayılıb.
Fransa rəsmiləri bildirirlər ki, hazırda mövcud elmi məlumatlar əsasında ümumi əhali üçün sağlamlıq riski müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















