Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Fransada seçki ajiotajı sağçılarla solçular bir biri ilə rəqabətdə

Fransada seçki ajiotajı sağçılarla solçular bir biri ilə rəqabətdə

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Builki yay Fransa üçün fərqli bir mövsümdür. Bu ölkədə adətən yay ayları siyasi durğunluq dövrü kimi səciyyələndirilir - insanlar siyasi proseslərdən uzaqlaşırlar, daha çox istirahət etməyə üstünlük verirlər. Lakin bu il fransızların belə ənənələrindən uzaqlaşdığı müşahidə edilir. Söhbət heç də insanların meşə yanğınlarının fəsadlarına görə istirahətlərini təxirə salmalarından yox, beşinci respublikada 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq mərhələsinin başlamasından gedir.

Artıq seçkilərlə bağlı prosedurlar bəllidir.  Konstitusiyaya görə, səsvermə hazırkı prezidentin səlahiyyət müddətinin bitməsindən 20-35 gün əvvəl keçirilməlidir. Seçkilər Emmanuel Makronun ikinci prezidentlik müddətinin 14 mayda bitməsinə 12 gün qalmış başa çatacaq. Hökumətin iyulun əvvəlində elan etdiyi kimi, prezident seçkilərinin birinci turu 2027-ci il 18 aprel bazar günü keçiriləcək, ikinci tur isə 2 may bazar gününə təyin olunub.

Beləliklə, Fransada E.Makron erasının başa çatmasına və Yelisey Sarayının yeni sahibinin müəyyənləşəcəyi tarixə bir ildən də az vaxt qalır. Vaxt daraldıqca isə seçki ehtirasları qızışır. Yeni-yeni namizədlərin adı bəlli olur - son günlərədək namizədliyini rəsmi qaydada irəli sürənlərin sayı 25-ə çatıb. Bəri başdan demək mümkündür ki, Yelisey Sarayına doğru kritik marafonda bir sıra tanınmış siyasi fiqurlarla yanaşı, indiyədək ambisiyasız görünən namizədlər də yer alacaqlar. Əsas məqamlardan biri isə namizədlərin seçki təbliğatında önə çəkdikləri məqamlarla bağlıdır. Müşahidə edilən tendensiya ondan ibarətdir ki, namizədlər seçki təbliğatlarını ölkənin ab-havasına, cəmiyyət üçün həssas məqamlara uyğun qurmaqla, marafonun sonunadək irəliləmək niyyətindədirlər.

Seçkilərdə qolbaqsız iştirak hüququ qazanan Marin Lö Pen hicaba qarşı

Milli Birlik partiyasının lideri Marin Lö Pen Fransada yaxşı tanınan siyasi fiqurdur. İndiyədək verdiyi bəyanatlara istinad etməklə onu ifrat sağçıların ən ifrat nümayəndəsi kimi təqdim etmək daha doğru olardı. Qeyd edək ki, Marin Lö Pen Makronun ən ciddi tənqidçilərindəndir. O, Fransanın daxili və xarici siyasətdəki uğursuzluqlarını, hökumət böhranlarını, maliyyə çatışmazlığını, artan sosial-iqtisadi çətinlikləri, inflyasiyanın sürətlənməsini, ölkənin beynəlxalq nüfuzunun zəifləməsini Makron siyasətinin “amansız nəticələri” kimi səciyyələndirir.

Prezidentliyə ən iddialı namizədlərdən sayılan Marin Lö Penin seçkiqabağı təbliğat kampaniyasında yenidən irqçi baxışlarını önə çəkməsinin təfərrüatlarına varmazdan öncə  onun namizəd kimi qeydə alınması ilə bağlı yaranan qalmaqala diqqət çəkmək istərdik. Məsələ burasındadır ki, Paris Apellyasiya Məhkəməsi Marin Lö Peni Milli Birlik Partiyasının Avropa Parlamentindəki köməkçiləri ilə bağlı iş üzrə təqsirli bilib. Məhkəmə onun seçilmək hüququndan məhrumedilmə müddətini azaldaraq, 2027-ci il prezident seçkilərində namizədliyini mümkün sayıb. Lö Pen üç il müddətinə azadlıqdan məhrum edilib, bunun bir ili elektron qolbaq altında çəkilməli, həmçinin 100 min avro cərimə ödənilməlidir.

Qərardan sonra Marin Lö Pen Kassasiya Məhkəməsinə müraciət edib. Bu müraciət əsasında da onun seçkilərdə elektron qolbaqsız iştirak etmək istəyi təmin olunub.

Paris Apellyasiya Məhkəməsi yanında baş prokuror Mari-Süzan Lö Ko bildirib ki, Milli Birlik Partiyasının lideri Marin Lö Pen 2027-ci il prezident seçkiləri üzrə kampaniyasına elektron nəzarət qolbağı olmadan başlayacaq. Onun sözlərinə görə, Kassasiya Məhkəməsinə edilən şikayət apellyasiya instansiyasının hökmünün icrasını müvəqqəti dayandırır.

TF1 telekanalına müsahibəsində baş prokuror bildirib: “Kassasiya şikayəti verildiyi andan etibarən Apellyasiya Məhkəməsinin qərarını icra etməyəcəyəm. Buna görə də Marin Lö Pen seçki kampaniyasına elektron qolbaq olmadan başlayacaq”.

Mari-Süzan Lö Ko əlavə edib ki, əgər Kassasiya Məhkəməsi 2027-ci il prezident seçkilərindən əvvəl qərar qəbul edərək hökmünü qüvvədə saxlasa, Marin Lö Pen kampaniyanın son mərhələsində elektron qolbaq daşımalı ola bilər. Həmçinin o, prezident seçilsə və qərar bundan sonra çıxarılsa, dövlət başçısının toxunulmazlığı səbəbindən cəzanın icrası təxirə salınacaq.

Kasassiya Məhkəməsinə müraciətdən sonra Marin Lö Pen namizədliyini rəsmən təsdiqləyib və  seçki kampaniyasının rəsmi internet səhifəsini istifadəyə verib. O, seçki kampaniyasının şüarını belə müəyyənləşddirib: “Fransa üçün dirçəliş!”

Milli Birlik partiyasının lideri artıq seçki kampaniyası çərçivəsində regionlara səfərlərə gedərək görüşlər də keçirir. O, bu çərçivədə ilk səfərini iyulun 8-də Sart departamentinin La Fleche şəhərinə edib. Görüşdə ona ünvanlanan sualları cavablandıran Lö Pen bildirib ki, məhkəmə onun seçilmək hüququnu qoruyub və bundan sonra diqqətin siyasi məsələlərə yönəlməsini istəyir. Onun sözlərinə görə, fransızlar gündəlik problemlərinə cavab gözləyir və kampaniya proqramlar üzərində qurulmalıdır.

Bu günlərdə isə Marin Lö Pen erkən başladığı seçkiqabağı kampaniyasının əsas şüarını bəyan edib: Onun sözlərinə görə, lideri olduğu  Milli Birlik partiyası hakimiyyətə gələcəyi təqdirdə ictimai yerlərdə hicabla bağlı cərimə sanksiyasının tətbiqini planlaşdırır.

Bu barədə Marin Lö Penin əsas tərəfdarlarından olan deputat Jan-Filip Tangi açıqlama verib. O, BFMTV telekanalına açıqlamasında Milli Birliyin islamçı ideologiyaya qarşı mübarizə aparacağını və hicab örtənlərin cəzalandırılacağını bildirib. Deputatın sözlərinə görə, bu addım, həmçinin hicab örtməyə məcbur edilən və bu azadlıq uğrunda həyatını itirən qadınlarla həmrəyliyin ifadəsi olacaq.

Qeyd edək ki, hicaba qarşı mübarizə Milli Birlik partiyasının fəaliyyətinin ənənəvi istiqamətlərindən biridir. Hələ 2022-ci il seçkiləri ərəfəsində Marin Lö Pen Makronla debatda açıq şəkildə bəyan edib: “İctimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam”.

Makron isə debatda rəqibinin fikirlərinə qarşı çıxaraq qadağanın vətəndaş müharibəsinə səbəb ola biləcəyini bildirib: “Siz təklif edirsiniz ki, Fransa ictimai yerlərdə dini simvolu yasaqlayan ilk ölkə olsun”, - deyə Fransanın dövlət başçısı vurğulayıb.

Marin Lö Penin və onun partiyasının hicaba qarşı mübarizəsi əslində Avropada irqçi və dözümsüzlük əhval-ruhiyyəsinin ifadəsidir. Son illərdə qoca qitədə belə arzuolunmaz meyllər daha da sürətlənib.

Sol düşərgədə praymerizin çətin keçəcəyi gözlənilir

Bu arada Fransanın sol təmayüllü Sosialist Partiyasının baş katibi Olivye For da rəsmən prezident seçkilərinə qatılıb. Siyasətçi 30 avqustda Fransanın TFF1 telekanalının canlı yayımında 2027-ci ilin yazında keçiriləcək prezident seçkilərində namizəd olacağını rəsmən elan edib. O, Fransanı “daha ədalətli” etmək və ölkəni yenidən qurmaq məqsədilə bu yarışa qoşulduğunu bildirib. Anasının vyetnamlı, özünün də yarı əcnəbi mənşəli olduğunu vurğulayan For xaricilərin Fransa cəmiyyətinə inteqrasiyasını dəstəklədiyini deyib. Siyasətçi ultra-sağçı lider Marin Le Penin prezident olmasının qarşısını almağı ən mühüm hədəflərdən biri hesab edir.

Lakin Olivye For birbaşa prezidentliyə namizəd olmamışdan öncə rəhbərlik etdiyi partiyanın vahid namizədi statusunu qazanmalıdır. Verilən məlumata görə,  Sosialist Partiyası daxilində ilkin səsvermə (praymeriz) 2026-cı ilin oktyabr ayında keçiriləcək. Praymerizdə onunla bərabər Avropa Parlamentinin üzvü Rafael Qlüksman, deputatlar Filip Brün, Jerom Gej və keçmiş nazir Seqolen Royal da mübarizə aparacaq.

Eyni zamanda, Olivye Forun namizədliyini rəsmən irəli sürməsi mərkəzçi-sol düşərgədə gərginlik yaradıb. Belə ki, onun məlum qərarı verməsi ilə Avropa Parlamentinin deputatı Rafael Qlüksmannın prezidentliyə namizədliyini irəli sürmək planı çətinləşib.

Forun qərarınadək 46 yaşlı Qlüksmannın ilkin seçkilərdə qalib gələcəyi ehtimal edilirdi. Son sorğular Qlüksmannın öz siyasi düşərgəsində sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə qarşı ən güclü namizəd olduğunu göstərib. Lakin Forun yarışa qoşulması mübarizəni daha rəqabətli edib.

Sosialistlər Partiyasının səkkiz ildən artıqdır lideri olan Forun Qlüksmanna ciddi rəqib ola biləcəyi bildirilir. Partiya daxilində bəzi deputatlar artıq seçkinin olduqca gərgin keçəcəyini düşünürlər.

Mərkəzçi-sol düşərgənin namizədləri üçün başqa bir narahatlıq doğuran məqam isə keçmiş prezident Fransua Ollandın ikibaşlı bəyanatlar verməsi ilə bağlıdır. O seçkilərdə iştirakını mümkün saydığını açıqlasa da, qərarı dekabr ayında, partiya daxilində ilkin seçkilərdən sonra verəcəyini bildirib. Belə görünür ki, təcrübəli Olland praymerizin nəticələrini gözləyəcək və bundan istifadə etməyə çalışacaq.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri