Icma.az
close
up
RU
Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb

Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 1 noyabr, AZƏRTAC

Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Yeni təyin olunmuş sənaye üzrə nazir Sebastyen Martin bu vəziyyətin ölkənin iqtisadi təhlükəsizliyini təhdid etdiyini bildirib və Fransanı təcili olaraq yenidən sənayeləşdirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, nazir bu barədə BFM Business telekanalına verdiyi açıqlamada deyib. O, etiraf edib ki, son aylarda ölkədəki siyasi qeyri-sabitlik iqtisadi artıma mənfi təsir göstərib. Onun sözlərinə görə, bu vəziyyət Fransa iqtisadiyyatına təxminən 9 milyard avroya və minlərlə iş yerinin itirilməsi ilə başa gəlib.

S. Martin vurğulayıb ki, hökumət daha uzağa getməli və daha sürətli hərəkət etməlidir: “Vəziyyət qənaətbəxş deyil. Biz 20 il əvvəl sənayenin qorunmasının vacibliyini anlamırdıq, indi isə hamı qəbul edir ki, bu, strateji bir səhv idi”.

Sənaye üzrə Nazirliyin məlumatına əsasən, 2025-ci ilin ilk yarısında yalnız 65 yeni zavod açılıb, lakin 80 müəssisə fəaliyyətini dayandırıb. Bu göstəricilər 2009-cu ildən bəri ən aşağı səviyyə sayılır.

Nazir 2020-ci ildəki Covid-19 pandemiyasını xatırladaraq, həmin dövrdə Fransanın sadə tibbi maska istehsal edə bilmədiyini misal gətirib. Onun fikrincə, bu təcrübə Fransa üçün strateji müstəqilliyin bərpasının zəruriliyini göstərib.

Sebastyen Martin xəbərdarlıq edib ki, dövlət ağıllı müdafiə siyasəti aparmasa, Fransa sənayesi beynəlxalq rəqabət qarşısında zəif mövqedə qala bilər. “Qarşımızda bizə güzəşt etməyə hazır olmayan rəqiblər var”, - deyə nazir vurğulayıb.

Yeni sənaye nazirinin açıqlamaları Fransada iqtisadi dirçəliş və strateji sənayeləşmə prosesinin növbəti mərhələyə keçdiyini göstərir. Lakin ekspertlərin fikrincə, bu məqsədlərə çatmaq üçün Paris inzibati sadələşdirmə, texnoloji investisiyalar və Avropa bazarında daha aqressiv sənaye siyasəti həyata keçirməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri