Icma.az
close
up
RU
Fransada siyasi böhran davam edir AZƏRTAC

Fransada siyasi böhran davam edir AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris, 24 dekabr, AZƏRTAC

Fransada Bayru hökumətinin tərkibi solçuların iştirakı olmadan, ancaq bir neçə makronistin iştirakı ilə açıqlandı. Mişel Barnyenin dövründə olduğu kimi, yenə də Marin Lö Penin qrupu arbitr mövqeyindədir.

AZƏRTAC xəbər verir ki, F.Bayru hökumətinin tərkibi açıqlandıqdan dərhal sonra bu hökumətin də ömrünün uzun olmayacağı səsləndirilir. 35 nazirdən ibarət hökumət elan olunandan dərhal sonra solçular və ifrat sağçı Milli Birlik (RN) partiyaları tərəfindən pislənildi, hətta sağçı Respublikaçı (LR) Partiyası tərəfindən tənqid olundu. Sonuncular M.Barnyenin sadiq tərəfdarları idi. Bildirilir ki, ədliyyəyə Jeral Darmanən, mili təhsilə Elizabet Born, gender bərabərliyinə Oror Berje, büdcəyə Ameli dö Monşalənin təyintından, eləcə də keçmiş baş nazir, keçmiş sosialist Manuel Vallsın gəlişi ilə makronist tanınmışlar hökumətə qayıtdı.

“Həqiqətən də dinozavr iyi gəlir və bu, V Respublikanın sona çatmasına səbəb olacaq", - deyə parlamentarilər bildirib. Bəziləri yeni hökuməti hətta “Barnye II” adlandırıb. Təyin edilmiş 35 nazirdən 19-u artıq Assambleya tərəfindən devrilmiş əvvəlki komandanın bir hissəsidir. Yeni daxil olanların üçdə biri artıq Emmanuel Makronun rəhbərliyi altında hökumətin üzvü olub.

Barnye hökumətində Respublikaçıların (LR) və Makron partiyası “Renaissance”ın müvafiq olaraq 10 və 11 portfeli, MoDem-in isə üç portfeli var idi. Buna görə də prezident partiyası bu yeni hökumətdə 12 nazirliklə üstünlüyü bərpa edir, LR altı nazirliyə, Fransua Bayrunun sədrlik etdiyi MoDem partiyası isə cəmi iki nazirliyə (Xarici İşlər və Parlamentlə Əlaqələr) rəhbərlik edir.

Ancaq yeni hökumətdə solçular təmsil olunmur. Barnye hökumətinin süqutundan sonra Yelisey sosialistləri hökumətə daxil olmağa inandırmağa ümid edirdi. Çoxsaylı görüşlərə baxmayaraq, 2024-cü ilin dördüncü Baş naziri istədiyi kimi şəxsiyyətlərin üçdə birini sağdan, üçdə birini soldan, üçdə birini isə mərkəzdən təyin edə bilmədi.

“Əyilməz Fransa” partiyasının lideri M.Pano artıq parlament yanvarda qayıdanda Bayru hökumətinə qarşı etiraz təklifi təqdim edəcəyi barədə xəbərdarlıq edib. “Bu, hökumət deyil, ifrat sağın nəzarəti altında hakimiyyətdə olan ifrat sağçı bir təxribatdır", - deyə sosialistlər bildiriblər.

Sosialistlərin reaksiyalarını nəzərə alaraq, onlar üçün senzuraya doğru getməməyin çox çətin olacağı bildirilir. RN partiyası apriori senzura təhdidi etmədən kritik vəziyyətdədir. “Hökumət əvvəlki kimi, açıq şəkildə legitimliyin olmamasına və əldə edilə bilməyən çoxluğa əsaslanır. O, seçki qutusundakı seçimləri nəzərə alan bir büdcə qurmaq üçün metodunu dəyişməli, müxalifəti dinləməli və eşitməli olacaq", - deyə Marin Lö Pen X hesabında xəbərdarlıq edib.

Ölkədə siyasi böhran davam edir. Siyasi partiyalar arasında razılıq yoxdur. Sağların Fransanın Marin Le Penin razılığı ilə qurulan hökumətində iştirak etməkdən imtina etməsini əks etdirən mətbuat açıqlamasının “asta təsir edən zəhər” olduğu qeyd edilir.

Yeni hökumətin də 3 aylıq ömrü olacağı vurğulanır. Sağların mətbuat açıqlamasının artıq yeni hökuməti öldürdüyü qeyd edilir. Solun dəstəyindən məhrum olan Fransua Bayru sağın dəstəyi ilə qarşılaşmalı olacaq. “Hökumətdən ayrı-ayrılıqda dəstək tələb edəcəyik və nəzərə alınmazsa, onu tərk edəcəyik”, - deyə LR partiyasından olan parlamentari deyib.

“Mişel Barnye hökumətini dəstəklədiyim üç aylıq fasilədən sonra mən yenidən müxalifətdəyəm", - deyə respublikaçı senator Sedrik Vial X hesabında bildirib.

Ekspertlər Barnye dövründə makronistləri və sağları bir araya gətirən bazanın getdikcə dağıldığını vurğulayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri