Icma.az
close
up
RU
Fransada siyasi qarşıdurma qaçılmazdır...

Fransada siyasi qarşıdurma qaçılmazdır...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bugünkü hakim elita fransız maarifçilərinin davamçısı ola bilməz

Geostrateji və geosiyasi rəqabətdə öz rəqiblərinə məğlub olan Makron daxili siyasətdə də yarıtmaz siyasətçiyə çevrilib. Bu gün Fransada Makron hakimiyyətinə qarşı ciddi narazılıq hökm sürür.  Belə ki, Fransanın  “La Tribune de Dimanche” qəzeti prezident Makron və müxtəlif siyasi partiya liderlərinin ölkə daxilində reytinqi ilə bağlı sorğu aparıb.  Qəzetin sorğularına görə,  Fransa vətəndaşlarının  üçdə ikisi Makron və baş nazir Fransua Bayrunun siyasətini bəyənmir. Sorğuda iştirak edən 1000 nəfər fransız respondentin 70 faizi Makronun ölkə prezidenti kimi fəaliyyətindən narazıdır. Ona rəğbət bəsləyənlərin sayı 1 faiz azalaraq 26 faizə düşüb. Həmçinin, baş nazir Fransua Bayrunun reytinqi xeyli aşağı düşüb - respondentlərin 67 faizi onun fəaliyyətindən narazı olduğunu bildirib, sorğu iştirakçılarının yalnız 24 faizi siyasətçiyə müsbət qiymət verib. Ancaq sorğularda ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penin reytinqi 33 faizdə, partiyanın formal rəhbəri Cordan Bardellanın reytinqi isə 34 faizdə qərarlaşıb.

Le Penlə bağlı qərarın arxasında bu məqsəd dayanır

Sözügedən qəzetin sorğusu Le Penin və “Milli Birlik” partiyası üzvlərinin deputat köməkçilərinin işi üzrə məhkəmə hökmü çıxarıldıqdan sonra keçirilib. Qeyd edək ki, martın 31-də Paris məhkəməsinin qərarına əsasən, Le Pen və partiyanın səkkiz deputatı “Aİ vəsaitlərini mənimsəmə” və “Korrupsiya” ittihamı ilə 2 il elektron qolbaq taxmaqla, 4 il həbs və 100 min avro cərimə cəzasına məhkum edilib. Bununla yanaşı, o, növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən də məhrum edilib. Ultrasağçı lider vəkili Rodolf Bosselut vasitəsilə məhkəmə hökmündən apellyasiya məhkəməsinə şikayət verib. Apellyasiya şikayəti avtomatik olaraq cəzanın icrasını dayandırsa da, bu, Paris məhkəməsinin Le Penin dövlət orqanlarına keçiriləcək seçkilərə buraxılmama hökmünə təsir göstərməyib.

Paris məhkəməsinin Le Penlə bağlı hökmünü şərh edən Fransanın bir sıra siyasi ekspertləri göstərişin birbaşa Yelisey Sarayından gəldiyini hesab edirlər. Onların sözlərinə görə, indidən seçki hazırlıqlarına başlayan Makron rəhbərlik etdiyi “İrəli, Respublika” partiyasının namizədinin 2027-ci ildə keçiriləcək prezident seçkilərində qələbəsini təmin etmək üçün öz səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərini sıradan çıxarmağa başlayıb. Ekspertlər Makronun rəqibi Le Peni məhkəmə qərarı ilə seçki marafonundan uzaqlaşdırmaq taktikasının məhz bundan irəli gəldiyini qeyd edirlər. Sözsüz ki, ekspertlər öz fikirlərində haqsız deyillər. Çünki Fransada 2024-cü il iyunun  9-da Avropa parlamentinə, o cümlədən həmin il iyunun 30-da və iyulun 7-də Fransa Milli Assambleyasının aşağı palatasına keçirilən seçkilərdə Makronun “İrəli, Respublika” partiyası “Milli Birlik” partiyasına məğlub oldu. İfrat sağçı partiya Avropa parlamentinə seçkilərdə 31,36 faiz, Milli Assambleyaya seçkilərdə isə 33,4 faiz səs toplayaraq qalib gəldi.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Makron bu taktikadan digər siyasi rəqiblərinə də qarşı istifadə edə bilər: “Bu gün Fransada sağçılar arasında kifayət qədər reytinqi yüksək olan Marin Le Penə qarşı atılan addımlar açıq-aydın göstərir ki, prezident Emmanuel Makron öz siyasi rəqiblərini sıradan çıxarmağı qarşısına məqsəd qoyub. Ola bilər ki, Le Pen ölkə qanunvericiliyinə zidd olan fəaliyyətlərlə məşğul olub. Amma prezident seçkiləri ərəfəsində ona qarşı məhkəmə hökmünün çıxarılması bu məsələ ətrafında siyasi səbəblərin olduğunu deməyə əsas verir. Ölkədə hazırki vəziyyəti dəyərləndirən Makron hakimiyyəti çox yaxşı başa düşür ki, hakim partiyanın növbəti prezident və parlament seçkilərində qələbə çalması o qədər inandırıcı görünmür. Ona görə də iqtidar indidən öz siyasi rəqiblərini sıradan çıxarmağa başlayıb. Hesab edirəm ki, Makronun rəqiblərini sıradan çıxarmaq siyasəti ölkədə siyasi qarşıdurmaya gətirib çıxaracaq”.

Fransada demokratik dəyərlər dəfn edilir

“Əlbəttə ki, Makronun hazırki siyasəti demokratik dəyərlərlə ziddiyyət təşkil edir. Öz rəqiblərinə qarşı dözümsüzlük nümayiş etdirmək, müxtəlif məkrli siyasi oyunlar oynamaq demokratik prinsiplər baxımından qəbuledilməzdir. Makronun addımları Fransada demokratiyanın necə məhv edildiyini açıq-aydın göstərir. Təəccüblü deyil ki, Fransa dünyada insan hüquqlarını kobud şəkildə pozan ölkələrin siyahısında öndə gedir. Fransa bu günə kimi kolonializm siyasətini davam etdirir, müstəmləkə kimi saxladığı ərazilərdə yerli xalqlara qarşı repressiyalar həyata keçirir və onların azadlıq haqlarını tapdalayır və neokolonializmi öz xarici siyasətinin prioritetinə çevirib. Təəssüf ki, nə Avropa İttifaqı, nə də demokratiyadan dəm vuran digər siyasi güc mərkəzləri Fransanın əməllərinə heç bir reaksiya vermir. Fransa qlobal məsələlərdə bir çoxlarını humanizm prinsipləri ilə aldada bilər, ancaq Fransanın bugünkü hakim elitası fransız maarifçilərinin davamçısı ola bilməzlər,” - deyə T.İsmayılov vurğulayıb. 

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri