Fransada təhlükəli cinayətkar səhvən həbsxanadan buraxılıb
Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransada bir həftəyə yaxındır, həbsxanadan səhvən buraxılan cinayətkar axtarılır.
Sitat.info xəbər verir ki, bu barədə "Fiqaro" qəzeti Bordo şəhər Prokurorluğuna (Fransanın cənub-qərbində yerləşən liman şəhəri - red.) istinadən yazıb.
Məlumata görə, xüsusilə təhlükəli zorakılıq cinayətinə görə 11 il cəza çəkən 25 yaşlı gənc Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib. Həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.
Hazırda hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır. Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində qüvvədə olan həbs qərarı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 May 2025 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















