Icma.az
close
up
RU
Fransada təhsil alan azərbaycanlı tələbələrin Forumu

Fransada təhsil alan azərbaycanlı tələbələrin Forumu

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi və “ALİM” Elmi Assosiaisyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Fransada təhsil alan azərbaycanlı tələbələrin növbəti Forumu keçirilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilmiş Forumda səfir Leyla Abdullayeva Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolunun daha da yüksəlməsi və möhkəmlənməsindən danışıb. O, ölkəmizin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi mövqeyini tələbələrə çatdırıb. Böyük güclərin ölkəmizlə bağlı geosiyasi maraqlarından, ölkəmizə qarşı qərəzli mövqelərindən söz açan səfir Azərbaycanın müstəqil xarici siyasətindən bəhs edib. Azərbaycanın sosial-iqtisadi inkişafa dair milli prioritetindən söz açan səfir onlardan birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, həmin prioritetə uyğun olaraq, bu istiqamətdə işlər aparıldığını qeyd edib.

Səfir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadını əks etdirir. Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Azərbaycan Respublikasının Fransadakı konsulu Nərgiz Tağızadə konsulluq işləri ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

“Alim” Elmi Assosiasiyasının sədri Günel Səfərova asosiasiyanın tarixi və fəaliyyəti haqqında məlumat verib.

Forum çərçivəsində Fransada doktorantura üzrə təhsili alan azərbaycanlı tələbələr Ülvi Bağıyev, Kübra Bayramova, Səid Paşayev "Yaşıl dünya naminə həmrəylik" mövzusu üzrə təqdimatlar ediblər. Onlar qlobal istiləşmə, karbon emissiyalarının həcmi və iqlimə təsiri, Azərbaycanın bərpaolunan enerji mənbələri və potensialı, işğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji mənbələrindən, "Yaşıl dünya" naminə atılan addımlardan danışıblar.

Forumda Fransanın müxtəlif universitetlərində magistr və doktorluq üzrə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri