Fransada Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı yeni fövqəladə iclas keçiriləcək
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa hakimiyyəti Avropa və Ukraynada təhlükəsizliyi müzakirə etmək üçün ikinci iclas çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, görüş çərşənbə günü, fevralın 19-da baş tutacaq. Görüşdə ilk analoji görüşdə olmayan ölkələr iştirak edəcək.
Dəvət olunan ölkələr arasında Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç, Belçika, Baltikyanı ölkələr, həmçinin Aİ üzvü olmayan, lakin NATO üzvü olan Norveç və Kanada var. Konfransda bəzi ölkələrin nümayəndələri videobağlantı vasitəsilə iştirak edəcəklər.
Xatırladaq ki, fevralın 17-də Parisdə Avropa təhlükəsizliyi ilə bağlı ilk fövqəladə toplantı keçirilib. Toplantı, ABŞ və Rusiyanın Ər-Riyadda danışıqlara hazırlaşdığı, Aİ və Ukrayna nümayəndələrinin dəvət olunmadığı məlum olduqdan sonra çağırılıb.
Bu mövzuda digər xəbərlər:Ukrayna ilə bağlı fövqəladə toplantı keçiriləcək
22 Fevral 2025 09:05
AB Ukrayna ilə bağlı fövqəladə iclas çağırır
27 Fevral 2025 13:45
Londonda Ukrayna ilə bağlı Avropa sammiti keçiriləcək
28 Fevral 2025 15:57
Sobçakı Fransada hədələdilər: “Yaşasın Ukrayna”
11 Sentyabr 2025 12:58
Rubio və Lavrov Fransada Ukrayna ilə bağlı müzakirələr barədə danışıblar
18 Aprel 2025 09:54
Baxış sayı:79
Bu xəbər 18 Fevral 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















