Icma.az
close
up
RU
Fransada yanğınsöndürənlər iş şəraitinə etiraz ediblər

Fransada yanğınsöndürənlər iş şəraitinə etiraz ediblər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 30 yanvar, AZƏRTAC

Fransanın Lill şəhərində 700-dən çox yanğınsöndürən kadr çatışmazlığı, maliyyə vəsaitlərinin azaldılması və pisləşmiş iş şəraitinə etiraz nümayişi keçirib. Şimal departamentinin Yanğınsöndürmə və Xilasetmə Xidmətinin həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya polis qüvvələri ilə gərginliklə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, Valansyen, Duen və Flandriya bölgələri daxil olmaqla, departamentin müxtəlif yerlərindən gələn yanğınsöndürənlər əvvəlcə Lill dairəvi yolunun bir hissəsini bağlayıblar. Bu, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb və sürücülərin diqqətini cəlb edib. Daha sonra aksiyaçılar həmkarlar təşkilatının binasına doğru yürüş edərək şinlərə od vurublar.

Şahidlərin bildirdiyinə görə, etirazçıların bir qismi polis baryerini keçərək binaya daxil olmağa cəhd edib. Təhlükəsizlik qüvvələri narazı qrupa müdaxilə edib, gözyaşardıcı qaz tətbiq olunub. Yanğınsöndürənlər cavab olaraq su şırnağı və odsöndürən balonlardan istifadə ediblər.

Həmkarlar ittifaqları yerli hakimiyyət orqanlarını yanğınsöndürənlərə ayrılan büdcənin kəskin azaldılmasını hörmətsizlik kimi qiymətləndirib. Onlar maliyyənin bərpasını, iş yükünün öhdəsindən gəlmək üçün 162 əlavə ştatın açılmasını, eləcə də ümumi iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Tələblər arasında iş vaxtının azaldılması, fövqəladə hallara effektiv cavab vermək üçün maddi və insan resurslarının uyğunlaşdırılması, həmçinin daxili qaydaların yenidən nəzərdən keçirilməsi də yer alır.

Aksiya Fransada kütləvi sosial narazılıq fonunda baş verir. Bir sıra peşə sahibləri dövlət resurslarının çatışmazlığı və iş şəraiti ilə bağlı tələblərini son aylarda daha yüksək səslə ifadə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri