Icma.az
close
up
RU
Fransada yeni Baş nazir vəzifəyə başladı Etirazlar fonunda təhvil təslim mərasimi

Fransada yeni Baş nazir vəzifəyə başladı Etirazlar fonunda təhvil təslim mərasimi

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransada davam edən kütləvi etirazlar fonunda Prezident Emmanuel Makronun təyin etdiyi yeni Baş nazir Sebastien Lekornu vəzifəsinin icrasına başlayıb. O, vəzifəni 8 sentyabrda parlamentin etimadını qazana bilməyərək istefa verən Fransua Bayrudan təhvil alıb.

Bizimyol.info xəbər verir ki, Baş nazirlik iqamətgahında keçirilən rəsmi mərasimdə çıxış edən Bayru, hökumətə dəstək verməyə hazır olduğunu bildirib: "Hökumətə yardım etmək üçün mən və komandam əlimizdən gələni edəcəyik", – deyə o vurğulayıb.

Bayru, ölkənin uzun müddət zorakılıq və parçalanma mühitində qala bilməyəcəyini bildirib və bunun Fransanın gələcəyi üçün ciddi təhdid yaratdığını qeyd edib.

Yeni Baş nazir Sebastien Lekornu çıxışında siyasi böhranın ciddiyyətini vurğulayaraq, təvazökarlığın və dialoqun vacibliyini önə çəkib: "Mövcud siyasi qeyri-sabitlik və böhran təvazökarlıq tələb edir", – deyə o bildirib.

Lekornu müxalifətlə daha ciddi və yaradıcı əməkdaşlıq qurulmasının vacibliyini qeyd edərək, yaxın günlərdə müxtəlif siyasi partiyalar və həmkarlar ittifaqları ilə görüşəcəyini açıqlayıb.

Qeyd edək ki, 1986-cı ildə Val-d’Oise bölgəsində anadan olan Lekornu, siyasi fəaliyyətinə 19 yaşında millət vəkili köməkçisi kimi başlayıb. Prezident Makronun 2017-ci ildə hakimiyyətə gəlməsindən sonra müxtəlif nazirlik postlarında çalışıb. Son olaraq, Bayru hökumətində Müdafiə naziri vəzifəsini icra edib.

Xatırladaq ki, Fransada dövlət borcu ilə bağlı böhran və 2026-cı il dövlət büdcəsi layihəsi ətrafında yaranan narazılıqlar Bayru hökumətinin süqutuna səbəb olub. Hökumət, bəzi rəsmi bayram günlərinin ləğvi ilə 43 milyard avroya qədər qənaət etməyi nəzərdə tutan büdcə layihəsini təqdim etsə də, bu, ictimai narazılığa səbəb olub. Bayru layihənin müzakirəsindən öncə hökuməti etimad səsverməsinə çıxarmaq qərarına gəlib, lakin 8 sentyabrda keçirilən səsvermədə yetərli dəstək ala bilməyərək istefa verib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri