Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransada etiraz hərəkatları və həmkarlar ittifaqları oktyabrın 31-də yeni kütləvi nümayişlər, noyabrın 5-də isə ümummilli tətil keçirməyə çağırıb.
APA-nın Reuters-ə istinadən xəbərinə görə, etirazçılar əməkhaqqı, yaşayış xərclərinin artması və dövlət xidmətlərinin vəziyyəti ilə bağlı tələblərini irəli sürərək Prezident Emmanuel Makron hökumətinə təzyiqləri artırmağa çalışırlar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 24-də ölkə üzrə keçirilən aksiyalarda 410 min nəfər iştirak edib. İğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər olunub.
Nümayişlər zamanı 1314 nəfər saxlanılıb, 50-yə yaxın polis əməkdaşı xəsarət alıb.
“Solidaires” həmkarlar ittifaqının həmsədri Muriel Gilber bildirib ki, ölkədə narazılıq getdikcə artır və tələbələrin, işçilərin, yanğınsöndürənlərin və digər peşə sahiblərinin tələbləri birləşir.
2018-ci ildə yanacaq vergilərinə etiraz olaraq yaranan “Sarı jiletlilər” hərəkatı da oktyabrın 31-də kütləvi aksiyalar keçirməyə çağırıb. Hərəkat bələdiyyə binaları və Milli Assambleyanın qarşısında oturaq aksiyalar planlaşdırır.
Reuters qeyd edir ki, Fransanın ağır maliyyə vəziyyəti Prezident Emmanuel Makronun etirazçıların tələblərini yerinə yetirmək imkanlarını məhdudlaşdırır. Onun prezidentlik müddəti 2027-ci ilin aprelində başa çatır və hakim siyasi qüvvə parlamentdə çoxluğa malik deyil.
Hökumət həmkarlar ittifaqları və tələbə nümayəndələri ilə danışıqlara başlasa da, etiraz təşkilatçıları indiyədək təklif olunan tədbirləri qeyri-kafi hesab edirlər.
Fransadakı etiraz dalğası fonunda Belçika, İtaliya və Albaniyada da hökumət əleyhinə nümayişlər və toqquşmalar qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Oktyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















