Icma.az
close
up
RU
Fransada yüz minlərlə insan küçəyə çıxdı Makrona qarşı kütləvi etiraz dalğası

Fransada yüz minlərlə insan küçəyə çıxdı Makrona qarşı kütləvi etiraz dalğası

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çərşənbə günü Fransanın onlarla şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib. 

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları “Hər şeyi blokla” şüarı altında yolları bağlayaraq hökumətin siyasətinə etiraz ediblər. Əsas narazılıq sosial xərclərin azaldılmasını nəzərdə tutan yeni büdcə layihəsinə qarşı yönəlib.

Etirazlar ölkədə siyasi böhranın dərinləşdiyi bir dövrdə baş verir. Xatırladaq ki, bir gün əvvəl Fransua Bayrunun hökuməti etimadsızlıq səsverməsindən sonra istefa verib.

Təhlükəsizlik qüvvələri yolların açılması üçün tədbirlər görür. Bəzi bölgələrdə polis və etirazçılar arasında toqquşmalar qeydə alınıb. Parisdə tələbələr barikadalar quraraq od vurublar, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Paytaxtda 100-dən çox nəfər saxlanılıb. Nanta, Tuluz və Monpelye şəhərlərində də qarşıdurmalar baş verib. Ümumilikdə, etirazlarda təxminən 100 min nəfərin iştirak etdiyi bildirilir.

“Hər şeyi blokla” hərəkatı şəbəkə strukturu ilə fəaliyyət göstərir, iştirakçılar əsasən sosial şəbəkələr vasitəsilə əlaqələndirilir. Hazırda hərəkatın əsas tonunu ultrasolçu fəallar müəyyən etsə də, təşəbbüs ilkin olaraq sağçı qruplar tərəfindən irəli sürülmüşdü. Hərəkatın bütün iştirakçıları Prezident Emmanuel Makronun siyasətinə qarşı çıxır. Ekspertlər aksiyaları Makronun prezidentliyinin ilk illərindəki “Sarı jiletlər” hərəkatına bənzədirlər.

Etirazçılara “Telegram” messencerinin təsisçisi Pavel Durov da dəstək verib. O, sosial şəbəkədə yazıb:“Mən fəxr edirəm ki, ‘Telegram’ Fransada Makronun uğursuz siyasətinə qarşı etiraz vasitəsinə çevrilib. 8 il ərzində insanların səsi eşidilmədi, indi isə onlar boş vədlərdən bezərək cavab verirlər.”

Qeyd edək ki, hazırda Fransada “Telegram”ın qanunsuz məqsədlərlə istifadəsi ilə bağlı istintaq aparılır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri