Fransadan 15 yaşdan kiçik uşaqlar üçün QADAĞA
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etməyi təklif edib. O, sosial mediadan istifadənin xüsusilə gənclər arasında zorakılığın artmasına təsir etdiyini düşünür.
Sfera.az xəbər verir ki, “France 2” telekanalına verdiyi müsahibədə Makron, sosial mediadan istifadənin məhdudlaşdırılmasını və bunun bütün Avropa İttifaqında (Aİ) həyata keçirilməsini istədiyini bildirib. O vurğulayıb ki, bu addımı Aİ-dən gözləmədən Fransada tətbiq edəcəklər.
Hazırda Fransada 15 yaşdan kiçik uşaqlar sosial media platformalarına yalnız valideyn icazəsi ilə qeydiyyatdan keçə bilirlər. Sosial media platformalarına isə valideyn icazəsini təsdiqləyən sistemlər qurmaq tələbi qoyulub.
Makronun bu təklifi Fransada orta məktəb şagirdinin məktəb işçisini bıçaqlayaraq öldürməsi hadisəsindən sonra gündəmə gəlib. Onun fikrincə, bu məhdudiyyət gənclərin təhlükəsizliyini artırmağa kömək edə bilər.
Altay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















