Icma.az
close
up
RU
Fransadan o məğlubiyyətin əvəzini çıxacağıq” Ağasəlim Mircavadov Oser faciəsindən danışdı

Fransadan o məğlubiyyətin əvəzini çıxacağıq” Ağasəlim Mircavadov Oser faciəsindən danışdı

Icma.az bildirir, Sportal.az portalına istinadən.

“Futbolçularımız 0:10 hesablı məğlubiyyətin əvəzini çıxacaqlar. Biz Fransanı hansısa ildə udacağıq”.

Sportal.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının sabiq məşqçisi Ağasəlim Mircavadov deyib.

Veteran futbolçu yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransaya rəqib olmasına münasibət bildirib: “Əvvəl-axır kiminləsə düşəcəkdik. Ümumiyyətlə, bu tsikldə bir “ana komanda” olmalı idi ki, o da Fransa oldu. O olmayacaqdı, Xorvatiya düşəcəkdi, fərqi yoxdur. Qayda belədir ki, qrupda 4 və ya 5 komandadan biri top-klub olur. Ona uyğun hərəkət edirsən. Məlumdur ki, qrupda yer tutmaq istəyirsənsə, aşağıdakı komandalarla oyunlarda xal qazanmalısan. Amma öndəkinə güc gəlməlisən ki, ən azı heç-heçə edəsən. Fransa dünya və Avropa çempionudur. Oyunlarına baxdım, indiki Fransanın oyunçuları həddindən artıq hərəkətli, əvvəlki illərdən də dinamikdirlər. Uduzma təhlükəsi, keçmiş oyun haqqında heç düşünmək lazım deyil. Ancaq öz yığmamız və onun inkişafını fikirləşməliyik”.

Mircavadov yığmanın onun rəhbərliyi altında 1995-ci il sentyabrın 6-da Fransanın Oser şəhərində 0:10 hesabı ilə məğlub olmasından da söz açıb: “Fransanın adına görə uduzacağıqsa, heç meydana çıxmaq lazım deyil. Xahiş edirəm, həmin oyunun video-görüntülərini tapın, baxın. 4 yüzfaizlik qol vəziyyəti yaratmışdıq. Çox qəribə haldır ki, 25-30 metrdən, yəni, hardan vururdularsa, top qapımıza daxil olurdu. Olur belə hallar, hadisədir. Lakin biz bunu fikirləşməliyik ki, öz oyunumuzu necə təkminləşdirsək və necə oynasaq, nəticə qazana bilərik”.

Sabiq baş məşqçi qarşılaşmadan sonra ondan "Oyuna qapıçısız getmişdiniz?", - deyə soruşulduğuna dair söz-söhbətlərə isə belə cavab verib: "Sizcə, məndən belə bir şey soruşula bilər? Bu cür söhbətləri çayxnalarda, lap açıq desək, bazarlarda edirlər. Niyə mənim uğurlarımdan heç kim yazmır? Çünki sərf etmir. Hamı istəyir ki, hay-küy salsın".

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının 1/4 final oyununda Xorvatiyanı iki oyunun nəticəsində (2:0, 0:2, penaltilərlə - 5:4) üstələməyi bacarıb. DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Fransa, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda yer alacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Mart 2025 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see304

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see178

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see173

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see160

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see159

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see156

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see151

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see150

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see138

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see138

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see137

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see131

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see131

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see129

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see127

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see126

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see124

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see124

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see124

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri