Icma.az
close
up
RU
Fransadan Ukraynaya uzaqmənzilli raket dəstəyi

Fransadan Ukraynaya uzaqmənzilli raket dəstəyi

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Ukraynanın “özünü müdafiə etmək üçün” Rusiyaya qarşı uzaqmənzilli fransız raketlərindən istifadə edə biləcəyini və Ukraynaya fransız əsgərlərinin göndərilməsi ilə bağlı “heç bir variantı istisna etmədiklərini” açıqlayıb.

Gununsesi.info xarici KİV – ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londona səfər edən Fransanın xarici işlər naziri Jan-Noel Barrot Britaniyanın BBC telekanalına müsahibə verib.

BBC-nin səhər yayınlayacağı müsahibəyə görə Barrot Ukraynaya dəstəklə bağlı Fransanın hər hansı bir “qırmızı cizgi”nin olmadığını qeyd edib.

Qərb ölkələrinin müdafiə büdcələrini artırması lazım olduğunu ifadə edən Barrot, “Əgər daha çox şey etmək istəyiriksə, daha çox xərcləməliyik və yeni təhlükələrlə üzləşmə məcburiyyətindəyik” deyib.

Barrot bəyan edib ki, Ukrayna “özünü müdafiə etmək üçün” Rusiyaya qarşı Fransa istehsalı olan uzaqmənzilli raketlərdən istifadə edə bilər.

Bu raketlərin daha əvvəl istifadə edilib-edilmədiyini təsdiqləməkdən yayınan fransalı nazir, “Prinsiplərimiz bəllidir. Mesajlarımız Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən açıq şəkildə qəbul edilib”, – deyə bildirib.

Fransalı nazir “Ukraynaya ehtiyacı olduğu qədər və lazım olduğu müddətdə dəstək verəcəyik. Niyə? Çünki burada bizim təhlükəsizliyimiz risk altındadır” deyib. O, bəyan edib ki, Rusiya ordusu hər dəfə irəliləyiş əldə etdikcə, Avropa üçün təhlükə daha da yaxınlaşır.

Barrot Ukraynanın NATO üzvlüyünə dəvətinə qapılarını açıqdıqlarını və bu mövzuda avropalı müttəfiqlərini Fransanın mövqeyinə yaxınlaşdırmaq üçün səy göstərdiklərini qeyd edib.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Noyabr 2024 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri