Fransalı basketbolçu oyundan sonra üç minədək irqçi mesaj alıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Basketbol üzrə Fransa millisinin 27 yaşlı oyunçusu Silven Fransisko etiraf edib ki, insanlar “Eurobasket”də Sloveniya ilə oyunda (103:95) onun iştirakı ilə baş verən insidentə çox mənfi reaksiya verib.
İdman.biz bildirir ki, Fransisko matçın sonunda sloveniyalı Luka Donçiçlə əl sıxıb, bundan sonra isə iki xallıq zərbə edib. Bu, dərhal iddialarla Fransiskoya yaxınlaşan Sloveniya nümayəndələrinin qəzəbinə səbəb olub.
"Düzünü desəm, söz tapa bilmirəm. Düşünürəm ki, bu (belə davranış) absurddur. Xüsusilə sosial şəbəkələrləə işi olmayan böyüklər - atalar və ya analar bunu edəndə. Bu davranış qəbuledilməzdir. Məni təhqir edə, futbolçu kimi səviyyəmlə bağlı nə istəsən deyə bilərsən. Amma mən irqimə, dəri rəngimə görə təhqirlərə dözməyəcəyəm. Buna dözmək çətindir.
Mən hər şeyi düzgün etmək istəyirəm. Mən bunu unutmağa çalışıram, amma bu, əhval-ruhiyyəmə, oyunlarda konsentrasiyaya və bir çox başqa şeylərə təsir edir. Mənə belə təsir edəcəklərini düşünməzdim, amma ... bu, həqiqətən mənə təsir etdi və psixi sağlamlığıma təsir etdi. Mən sadəcə bir insanam.
Aldığım bütün təhqiredici mesajları saya bilmirəm. Onlar təxminən 3 min idi. Mən sosial media səhifələrimdə mənə şəxsi mesajlar yazmaq funksiyasını söndürdüm”, – Fransisko deyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 09 Sentyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















