Icma.az
close
up
RU
Fransalı deputatlardan yeni tələb

Fransalı deputatlardan yeni tələb

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Fransalı deputatlar Hind okeanındakı Mayot adasında yeni hərbi-dəniz bazasının yaradılmasını tələb edirlər.

"Report" xəbər verir ki, bu barədə "Franceinfo" radiosu xəbər verir.

Məlumata görə, Mayotda "liman infrastrukturlarının inkişafı üçün xüsusi səylər" göstəriləcək. Həmçinin "yeni amfibiya nəqliyyat vasitəsi ilə dəstəklənəcək" 100 əlavə hərbçinin yerləşdirilməsi nəzərdə tutulur. 2027-ci ilə qədər olan dövrdə okean gəmisi bu bölgədə 150-200 gün qalacaq. 2030-cu ilə qədər "Hind okeanında A400M-in daimi mövcudluğu" qoşunların daşınmasını həyata keçirməyə imkan verəcək.

"Franceinfo"nun iddiasına görə, bu məsələ qonşu Mozambikdə siyasi vəziyyətin gərgin olması və terror təhlükəsinin artması ilə əlaqədar Mayotun müdafiəsinin zəruriliyindən yaranıb. Səbəblər arasında qeyri-qanuni miqrasiya və beynəlxalq gərginliyin artması ilə mübarizə də yer alır.

Materialda iddia olunduğu kimi, beynəlxalq gərginliyin artması dedikdə, Rusiya, Çin, həmçinin Azərbaycanın Mayota artan marağı və Qəmər adalarının ona qarşı iddialarına onların dəstəyi nəzərdə tutulur.

Əslində, söhbət adada antikolonial əhval-ruhiyyənin artmasından gedir. Rəsmi Paris bunu kənardan müdaxilə hesab edir, ittihamlar hüquq müdafiə təşkilatlarının, ilk növbədə Bakı Təşəbbüs Qrupunun (BTQ) da ünvanına səslənir.

BTQ ötən ilin sentyabrında Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı beynəlxalq konfrans keçirib.

Elə Azərbaycanın paytaxtında Maore komitəsi ilə Mayot adasında Fransanın müstəmləkə siyasətinə qarşı mübarizədə və beynəlxalq hüquq normalarına uyğun olaraq onun Qəmər Adaları İttifaqına qaytarılması üçün əməkdaşlıq haqqında saziş imzalanıb.

BTQ həmçinin BMT-nin baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Dövlətləri Liqasının baş katibinə və Afrika İttifaqının sədrinə Fransanın adanı işğal etməsi ilə bağlı narahatlığı əks etdirən məktublar göndərib. Məktubda həmçinin qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa öz mövqeyindən sui-istifadə edərək beynəlxalq hüquq pozuntusunun aradan qaldırılması təşəbbüslərinə mane olur. Bundan əlavə, rəsmi Paris BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Liqasının və Afrika İttifaqının müvafiq qətnamələrinə məhəl qoymur.

Deputatların fikrincə, Mozambik kanalı kimi strateji əhəmiyyətli sektorda Fransanın mövcudluğu Mayotun hərbi potensialının inkişafını tələb edir.

Əslində, elə də olur, Fransa dənizaşırı ərazilərdə hərbi mövcudluğunu genişləndirir. "Franceinfo"nun qeyd etdiyi kimi, 2024-2030-cu illərdə Fransanın "dənizaşırı ərazilərinin suverenliyinin təmin edilməsi" üçün hərbi xərclərə 13 milyard avro vəsaitin ayrılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Mart 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri