Fransalı nazir korrupsiya ittihamı ilə hakim qarşısına çıxarılacaq
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Fransanın mədəniyyət naziri və Parisin meri postuna iddialı Raşida Dati korrupsiya ittihamı ilə hakim qarşısına çıxarılacaq.
Oxu.Az bu barədə AFP agentliyinə istinadla xəbər verir.
Paris hakimləri Dati və "Renault-Nissan"ın keçmiş rəhbəri Karlos Qonun işlərinin korrupsiya və nüfuz alveri ittihamı ilə cinayət məhkəməsinə verilməsinə qərar veriblər.
Fransa Maliyyə Prokurorluğu hesab edir ki, Dati 2009-2011-ci illərdə Avropa Parlamentinin üzvü olarkən xeyrinə lobbiçilik etdiyi "Renault"dan 900 min avro alıb.
59 yaşlı nazir ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Fransa hökumətindəki mənbə agentliyə bildirib ki, müttəhim statusuna baxmayaraq, o, hökumətdə qalacaq. İlk məhkəmə iclası sentyabrın 29-na təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 İyul 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















