Fransalı nazirdən İsrail AÇIQLAMASI: Buna icazə verməyəcəyik, çünki...
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İsrailin Qəzzaya humanitar yardım aparmağa çalışan insanlara hücumu qəbuledilməzdir. Fələstin dövlətinin yaradılması üçün İsrailə qarşı konkret tədbirlər görülməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Fransalı nazir Qəzzada humanitar yardım almağa çalışan fələstinlilərin İsrailin hücumlarının hədəfinə çevrilməsindən danışıb:
“BMT-nin yaradılmasından 80 il sonra mülki vətəndaşların, qadınların və uşaqların qida paylama məntəqələrini ziyarət etdiyi zaman hədəfə alınmasına icazə verə bilmərik. Bu qəbuledilməzdir. Qəzzada müharibəyə son qoymaq üçün beynəlxalq ictimaiyyətin yekdilliyini və səfərbər olması vacibdir. İki dövlətli həll yolu İsrail və fələstinlilərin sülh və təhlükəsizlik içində yaşamaq üçün yeganə optimal variantıdır. Odur ki, İsrailin qeyri-qanuni məskunlaşma siyasətinə qarşı tədbir görülməlidir. Bu müharibə çox uzun vaxtdır ki, davam edir və tezliklə bitməlidir. Silahlar susmalı və yerini dərhal daimi atəşkəsə verməlidir” -Barro vurğulayıb
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 28 İyul 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















