Icma.az
close
up
RU
Fransalı nazirə etiraz: Ermənilər Parisi bəlalarının mənbəyi kimi görürlər

Fransalı nazirə etiraz: Ermənilər Parisi bəlalarının mənbəyi kimi görürlər

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistan səfərini unuda bilməyəcək. Belə ki, Ermənistana daim dəstək nümayiş etdirən, onu silahlandıran Fransaya qarşı bu ölkədə ciddi narazılıq yaranıb. Nazir İrəvana səfəri zamanı sürprizlərlə üzləşib. Barro baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlərdə strateji münasibətlərdən dəm vurduğu anlarda paytaxt İrəvanda Fransa səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib.

Ermənistan KİV-in yaydığı məlumata görə, aksiya "Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı proseslərə müdaxiləsi"nə etiraz məqsədilə təşkil olunub. Aksiya iştirakçıları Fransa və Aİ-ni 44 günlük müharibədə Ermənistana dəstək göstərmədiklərinə görə tənqid ediblər.

"Birlikdə" adlı hərəkat tərəfindən təşkil olunan aksiya onu deməyə əsas verir ki, ermənilər mənasız və Fransa auditoriyasına yönəlik səfərlərin əhəmiyyətsiz olduğu qənaətinə gəliblər.

"2022-ci ildə, Praqada Artsax Azərbaycanın bir hissəsi kimi tanınanda bizə dost olan Fransa Qarabağın statusu məsələsinin tamamilə bağlanmaması üçün heç bir şey etmədi. Və avropalıların İranla sərhəddə, Rusiyanın hərbi müttəfiqi olan bir ölkədə nə marağı var?" - "Luys" informasiya-təhsil mərkəzinin rəhbəri Hayk Ayvazyan bildirib.

Erməni fəalların gəldiyi qənaət bundan ibarətdir ki, Fransa Cənubi Qafqazın bütün bəlalarının mənbəyidir. "Demokratiyanızla G7-yə gedin" və "Kilikiya 1921, Praqa 2022, Qarabağ 2023 - hamısı Fransanın sayəsində" şüarları ilə etirazçı-revanşistlər Parisə onun regionda "uğurları"nın uzun tarixə malik olduğunu xatırladıblar.

"Luys" informasiya-analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan jurnalistlərlə söhbətində bildirib ki, vətəndaşların narazılığının əsası var. Onun sözlərinə görə, məhz Fransa Praqada təşkil edilən görüşdə Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib.

"Bugünkü kadrlara baxın, Makron arvadından şillə aldı. Budur Fransa, özünü Ermənistanın dostu kimi göstərən, həm də Ermənistanın təhlükəsizliyinin qarantı ola biləcəyi təəssüratını yaratmağa çalışan. Makron öz arvadından özünün təhlükəsizliyini təmin edə bilmir, Ermənistanın təhlükəsizliyini necə təmin edəcək", - deyə Ayvazyan qeyd edib.

O, Fransa ilə yanaşı, Qarabağın "təslim edilməsi"ni kollektiv Qərbin planı adlandırıb.

Beləliklə, Cənubi Qafqazda forpostu kimi gördüyü Ermənistanda baş verənlər Emmanuel Makron üçün ciddi siqnal olmalıdır. Rəsmi Paris istər 44 günlük müharibə olsun, istərsə də sonrakı illərdə birtərəfli qaydada Ermənistanın yanında durub. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi 30 il Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə "məşğul" olduğu görüntüsü yaratmağa çalışıb. Lakin müharibədən sonra anti-Azərbaycan ritorikanı açıq şəkildə davam etdirib.

Paris ərazi bütövlüyünü bərpa edən Azərbaycanı hədəfə almaqla yanaşı, qarşı tərəfi silahlandırır, revanşizm əhvali-ruhiyyəsini gücləndirməyə üstünlük verir. Təkcə Prezident Emmanuel Makron son bir ildə BMT Təhlükəsizlik Şurası platformasında ən azı beş dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması tələbi ilə çıxış edib. Lakin onun bütün cəhdləri uğursuzluqla nəticələnib. Bu fiaskolar Makronun real və praqmatik siyasətdən uzaq, təsadüfi və populist biri olduğu faktını daha da möhkəmləndirmiş olub. Görünür, Ermənistan da bundan özü üçün müəyyən dərslər çıxarıb. Aksiyaların keçirilməsi bunun bariz nümunəsidir.

Fransalı nazir bu səfəri zamanı da Qarabağı könüllü tərk edənlərə dəstək nümayiş etdirib. İki ölkənin münasibətlərinin strateji həddə çatdığını iddia edib. Halbuki ortada konkret bir şey yoxdur. Yalnız Ermənistanın sürətlə silahlandırılması faktı var.

Nazir Paşinyanla görüşündə Fransanın Ermənistanın inkişafına və potensialının gücləndirilməsinə dəyişməz dəstəyini vurğulayıb. Həmsöhbətlər infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı son proseslər barədə fikir mübadiləsi aparılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini bir daha vurğulayıb. Barro isə erməni baş naziri gələn il Avropa Siyasi Birliyinin sammitini Ermənistanda keçirmək qərarı ilə bağlı təbrik edib.

Göründüyü kimi, yenə də ermənilərə vəd verilib və ortada hər hansı bir ciddi layihədən söz getməyib. Və İrəvanda baş tutan aksiyanın iştirakçıları mövcud reallığı daha tez dərk etməyə başlayıblar.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri