Fransalı nazirin COP29dan imtinası yanlış qərardır
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın ekologiya naziri Anyes Pannye Runaşenin Bakıa COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır.
News24.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun fikrincə fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır.
“Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır”.
XİN rəhbəri deyib ki, Azərbaycan heç vaxt iqlim mövzusunu digər Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır.
“Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir”, - nazir deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















