Icma.az
close
up
RU
Fransalı senatorlar Prezident Makronun Afrika siyasətində uğursuzluğunu tənqid ediblər

Fransalı senatorlar Prezident Makronun Afrika siyasətində uğursuzluğunu tənqid ediblər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 3 fevral, AZƏRTAC

Üç fransız senator hazırladıqları hesabatda Prezident Emmanuel Makronun Afrikadakı xarici siyasətinin uğursuzluqları ilə yanaşı, onun Fransanın imicinə və qitə ölkələri ilə münasibətlərə mənfi təsirini vurğulayıblar.

AZƏRTAC xəbər verir ki, Fransada Senat tərəfindən açıqlanan hesabatda fransız qoşunlarının ardıcıl şəkildə Mali, Burkina Faso, Niger və ən son Çaddan çıxarılmasının, son illərdə qitədə Fransanın imicinin, onun müəyyən ölkələr və onların əhalisi ilə münasibətlərinin ümumi şəkildə pisləşməsinin Prezident Emmanuel Makronun xarici siyasətinin böyük uğursuzluğunun nəticəsi olduğu bildirilib.

Senatorlar bu uğursuzluğu E. Makronun istifadə etdiyi metodlar, eləcə də əvvəllər Fransanın tərəfdaşı olmuş bir çox rejimin devrilməsinə gətirib çıxaran vəziyyətin dərindən təhlil edilməməsi ilə əlaqələndiriblər.

Fransanın verdiyi bir sıra rəsmi qərarlar və bəyanatların təkəbbürlü, Afrika liderlərinə və ya xalqlarına qarşı aşağılayıcı xarakter daşıdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Çaddan sonra Seneqal da Fransa hərbi bazalarının 2025-ci ilin sonunadək ölkədən çıxarılmasını tələb edib. Kot-d'İvuar Prezidenti Alassan Uattara isə Fransa hərbi bazasının artıq ölkənin nəzarəti altında olacağını bildirib.

Eyni zamanda, Fransanın Qərbi və Mərkəzi Afrikadakı mövcudluğunun “yenidən qurulması” planına uyğun olaraq, Parisin Qabondakı hərbi mövcudluğu Mali, Burkina Faso və Nigerdən qoşunların çıxarılması ilə əlaqədar azaldılır. Son illərdə bu üç ölkədə bir sıra dövlət çevrilişləri suveren yerli liderlərin yüksəlişi ilə yanaşı, Fransanın Afrikadakı keçmiş müstəmləkələri arasında münasibətlərdə əsaslı dəyişikliyə gətirib çıxarır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri