Icma.az
close
up
RU
Fransanın 80 min tonluq yeni nüvə aviadaşıyıcısı hazırlanır

Fransanın 80 min tonluq yeni nüvə aviadaşıyıcısı hazırlanır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 15 mart, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron martın 18-də Nant yaxınlığındakı İndre bölgəsində inşa edilən yeni aviadaşıyıcının tikinti sahəsinə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu səfər zamanı dövlət başçısının gələcək gəminin adını açıqlayacağı gözlənilir. Yeni aviadaşıyıcı hazırda Fransa donanmasının əsas gəmisi olan “Charles de Gaulle”u əvəz edəcək. Prezident tərəfindən ötən ilin dekabrında rəsmiləşdirilən layihəyə əsasən, yeni gəmi əvvəlki modeldən xeyli böyük olacaq. Onun yerdəyişməsi 80 min ton, uzunluğu isə təxminən 310 metr olacaq. Müqayisə üçün mövcud aviadaşıyıcının çəkisi 42 min ton, uzunluğu isə 261 metrdir.

Yeni gəmidə təxminən 2000 nəfərlik ekipaj xidmət edəcək və o, 30 döyüş təyyarəsini daşımaq imkanına malik olacaq.

Makronun səfəri “Naval Group” şirkətinin İndredə yerləşən istehsal sahəsində baş tutacaq. Məhz burada gələcək aviadaşıyıcının iki nüvə reaktoru istehsal ediləcək.

Gəminin əsas montajı “Chantiers de l’Atlantique” tərsanəsində, Nant yaxınlığındakı Saint-Nazaire şəhərində həyata keçiriləcək.

Yelisey Sarayının məlumatına görə, layihədə ölkə üzrə 800-dən çox şirkət iştirak edir və onların əhəmiyyətli hissəsi kiçik və orta müəssisələrdir. Hakimiyyət bu proqramın həm də yüksək texnologiyalar sahəsində innovasiya və elmi-tədqiqatların inkişafına töhfə verdiyini bildirir.

Hazırda Yaxın Şərqdəki müharibə fonunda Aralıq dənizinin şərqində yerləşdirilən “Charles de Gaulle” kimi yeni aviadaşıyıcı da nüvə enerjisi ilə işləyəcək.

Planlara əsasən, yeni nəsil fransız aviadaşıyıcısının 2038-ci ildə Fransa donanmasının xidmətinə daxil olması nəzərdə tutulur. Bu gəmi ölkənin sularda hərbi mövcudluğunu və strateji təsir imkanlarını uzunmüddətli perspektivdə qorumağa xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Mart 2026 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri