Icma.az
close
up
RU
Fransanın Bakıdakı casus oyunları haqda şok detallar CİNAYƏT DOSYESİ

Fransanın Bakıdakı casus oyunları haqda şok detallar CİNAYƏT DOSYESİ

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün, iyulun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Fransa vətəndaşı Martin Ryan Azərbaycanda casusluq fəaliyyəti ilə məşğul olmaqda, topladığı məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur.
Turkustan.az xəbər verir ki, Ryan hakim qarşısına tək çıxarılmayıb. O, müttəhim kürsüsünü dövlətə xəyanətdə ittiham olunan Azad Məmmədli ilə bölüşür. Hər 2 şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunub.

Açıq keçirilən prosesə yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Ötən prosesdə təqsirləndirilən Martin Ryanın vəkili Nizami Əliyev bildirib ki, müvəkkili əlavə ifadə vermək istəyir. Onun sözlərinə görə, Martin Ryan digər təqsirləndirilən Azad Məmmədlinin ötən iclasda onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirmək istəyir, yeni faktlar açıqlamaq niyyətindədir. Vəkil müvəkkilinə əlavə ifadə vermək üçün şərait yaradılmasını xahiş edib. Hakimlər heyəti Martin Ryana əlavə ifadə vermək üçün şərait yaradıblar. O, əlavə ifadəsində deyib ki, onun barəsində Azad Məmmədlinin səsləndirdiyi ittihamlar doğru deyil: "Guya tərəfimizdən bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etməyim barədə dedikləri həqiqət deyil. Mən iş görmək üçün, biznes fəaliyyətimi inkişaf etdirmək üçün iş görə biləcək şəxslərin axtarışlarını aparmışam. Bununla bağlı bəzi şəxslərlə tanış olmuşam. Onlardan biri də Z.M-dir. O da Fransa səfirliyində işləyib. Mən həmin şəxslərin ad-soyadlarını istintaq zamanı demişəm. Onların hər biri sorğu-sual edilib".

Martin Ryan daha sonra ifadəsində göstərib ki, işdə adı keçən Ü.Ə. də var: "Mən bu şəxslə Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşam. Onu Frederik Devos ilə tanış etmişəm. Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə.-yə dedim ki, Frederik Devos təhlükəli adamdır, Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib".

Daha sonra təqsirləndirilən Azad Məmmədli Martin Ryanın səsləndirdiyi faktlara aydınlıq gətirib. O, Martin Ryanın yalan danışdığını deyib. Onun sözlərinə görə, Martin Ryan belə ifadələr verməklə bir çox ciddi məqamları, faktları ört-basdır etməyə çalışır:
"Martin Azərbaycan vətəndaşlarını, hətta xarici vətəndaşları Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib. Martin Ryan yalan danışır, bu cinayət işi üzrə əsas məqsədləri gizlədir, elədiyi əməlləri ört-basdır edir. O, əsasən neft-qaz işləri ilə bağlı müqavilələrin və iş birliklərinin kəşfiyyatını aparıb. Əsasən Britaniya şirkətlərinin fəaliyyətini öyrənmək istəyib. Şirkətlərdə çalışan aparıcı və rəhbər şəxslərlə tanış olaraq məxfi məlumatları öyrənmək məqsədi seçib. Fransız dilinin tədrisi və şahmat dərsləri keçmək adı altında bir neçə Azərbaycan və xarici vətəndaşın məlumatlarını onlardan toplayıb, Fransa kəşfiyyatının nümayəndələrinə verib. Həmin xarici vətəndaş xanım idi və neft-qaz şirkətinin aparıcı işçisiydi. R.M. adlı şəxs də fransızdilli olub. O da çox nüfuzlu yerli şirkətin aparıcı işçisi olub. Onu da Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib".

Daha sonra Martin Ryanın istintaqa verdiyi ifadə elan edilib. O, ibtidai istintaqa ifadəsində deyib ki, tələbə olan vaxtı bir neçə azərbaycanlı ilə birlikdə oxuyub və əlaqələri yaranıb:

"E.S. adlı şəxslə internetdə tanış olmuşam, münasibət yaratmışam. Onun dəvəti ilə ilk dəfə 2015-ci ildə Azərbaycana gəlmişəm. 9-10 gün qaldıqdan sonra Fransaya qayıtdım. Daha sonra 2016-cı ildə tələbə yoldaşım olmuş R.M.-in dəvəti ilə 2 dəfə Azərbaycana gəlmişəm. Daha sonra qayıdıb getdim, 2020-ci ildə Azərbaycana gəldim, burada xırda biznes yaratdım. Həmin vaxtı tanışım Serj adlı fransız evində olan qonaqlığa məni dəvət etdi. Ziyafət zamanı Frederik Devosla tanış oldum. O, Fransa səfirliyində çalışdığını dedi. 3 ay sonra Devos mənimlə görüşdü, özünü fransızların təhlükəsizliyinə cavabdeh şəxs kimi təqdim etdi. Mənə rusların və iranlıların fransızlar üçün təhlükə olduğunu dedi. Devos İran şirkətləri ilə əlaqələrimin olub-olmaması ilə bağlı suallar verdi. Mənə dedi ki, iranlı və Rusiya iş adamları haqda məlumatı toplayıb ona ötürüm. Fransa səfirliyində ikinci katib vəzifəsi adı altında çalışsa da, Fransa kəşfiyyatının işçisi olduğunu bildim".

Martin Ryan istintaqda qeyd edib ki, 2020-ci ildə müharibə vaxtı dəfələrlə Frederik Devosla görüşüb: "Görüşlərdə Azərbaycanın silahları barədə və bu silahların müharibəyə çatıb-çatmayacağını, Türkiyə-Azərbaycan əlaqələrini soruşdu. Mən bildiyim məlumatları onunla bölüşmüşəm. Ondan sonrakı görüşlərdə Devos mənə tapşırıqlar verdi. O, iranlı iş adamları ilə bağlı, sonra Azərbaycanda fransız dilini bilən, Fransada oxuyan şəxslərin siyahısını istədi. Devos hətta mənə İrana getməyi də təklif etdi. Dedi ki, get zəfəran ticarəti elə".
Təqsirləndirilən şəxs qeyd edib ki, Z.M., A.M., Ü.Ə. və digər azərbaycanlıları Devosla tanış edib: "Devos Azad Məmmədlinin Rusiyada təhsil aldığını bildikdən sonra onunla çox maraqlandı. Bir müddət sonra Devosu Loran Lödi adlı şəxs əvəz etdi. Loran da Devos kimi tapşırıqlar verirdi. Lorandan sonra gələn Jerom Qassarino da Fransa kəşfiyyatının əməkdaşı idi. Onlar Fransa səfirliyində müxtəlif adlar altında Azərbaycanda kəşfiyyat işləri aparırdı. Gərək onlarla bağlı vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərdim. Sadəcə o vaxt Fransa hökumətindən qorxdum".

İttihama görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri