Fransanın Baş naziri ABŞ rəhbərliyinin Zelenskiyə qarşı hərəkətlərini tənqid edib
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Ukrayna Prezidentinə kobudluq və alçaltmaq istəyi ilə seçilən heyrətamiz mənzərə idi”
Fransanın Baş naziri Fransua Bayrou Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən kobudluğa məruz qalmasına görə Amerika rəhbərliyini tənqid edib. .
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Bayru bu barədə Fransa Milli Assambleyasında Ukrayna vəziyyəti və Avropa təhlükəsizliyi ilə bağlı müzakirələr zamanı bildirib.
Baş nazir fevralın 28-də baş verən hadisəni Ukrayna Prezidentinə “kobudluq və alçaltmaq istəyi ilə seçilən heyrətamiz mənzərə” adlandırıb.
Bayrou deyib ki, “ABŞ-da hadisələrin dönüşünü nəzərə alaraq, Avropalılar Avropanın təhlükəsizliyini və müdafiəsini təmin etməlidir”.
"Biz güclüyük, amma bunu dərk etmirik və biz zəifikmiş kimi davranırıq", - Baş nazir vurğulayıb
"Fransa bu yeni dünyanın, bu yeni tarazlığın qurulmasında mərkəzi rol oynaya bilər. Lakin Fransa buna yalnız özünə inam və birliyini bərpa etməklə nail ola bilər ", - Bayrou yekunlaşdırıb.
Baxış sayı:119
Bu xəbər 04 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















