Fransanın Baş naziri büdcə layihəsini deputatların səsverməsinə ehtiyac olmadan qəbul edib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Fransanın Baş naziri Fransua Bayru cari ilin büdcə layihəsini Milli Assambleyada deputatların səsverməsinə ehtiyac olmadan qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Fransanın BFM TV telekanalı məlumat yayıb.
"Heç bir ölkə büdcəsiz yaşaya bilməz. Beşinci Respublika qurulandan ilk dəfədir ki, ölkəmiz hələ də büdcəsiz qalır. Bu, Fransanın imicinə mənfi təsir göstərir", - Bayru bildirib.
Konstitusiyanın 49.3-cü maddəsində büdcənin deputatların səsi olmadan qəbul edilməsinin mümkünlüyü nəzərdə tutulur.
Telekanalın məlumatına görə, fevralın 5-də Bayru hökumətinə etimadsızlıq səsverməsi keçiriləcək.
Yanvarın 30-da "Bloomberg" xəbər verib ki, Almaniya və Fransa iqtisadiyyatları hökumətə inamın azalması səbəbindən azalmağa davam edir. Məlumata görə, Fransanın ÜDM-i 0,1 % azalıb. Qeyd olunur ki, Parisdə əsas problem büdcə böhranıdır.
Baxış sayı:128
Bu xəbər 03 Fevral 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















