Fransanın baş naziri istefa verəcək
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransanın Baş naziri Mişel Barnye bu gün istefa verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Baş nazirin istefa ərizəsini gün ərzində Prezident Emmanuel Makrona təqdim edəcəyi gözlənilir.
Barnye istefaya rəğmən, yeni baş nazir təyin olunanadək vəzifəsinin icrasına davam edəcək.
Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyası Mişel Barnyenin rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq səsverməsi keçirib.
331 deputat etimadsızlıq haqqında qətnamənin lehinə səs verib.
Lazımi səs çoxluğu təmin olunduğundan Barnyenin koalisiyası istefa verməyə məcbur olub.
Bu hal Fransada 1962-ci ildən sonra ilk dəfə baş verib.
Baxış sayı:134
Bu xəbər 05 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















