Icma.az
close
up
RU
Fransanın Bezye şəhərində şərab istehsalçıları etiraz aksiyası keçirib

Fransanın Bezye şəhərində şərab istehsalçıları etiraz aksiyası keçirib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 17 noyabr, AZƏRTAC

Fransanın cənubunda yerləşən Bezye (Hérault) şəhərində minlərlə şərab istehsalçısı küçələrə çıxaraq, sektoru dərin böhrandan xilas etmək üçün hökumətdən təcili tədbirlər görməsini tələb edib. Prefektliyin məlumatına görə, nümayişə 4 min nəfər, təşkilatçıların açıqlamasına əsasən isə 7 min üzüm təsərrüfatçısı qatılıb. Aksiyada ümumi sakitlik olsa da, bəzən fişəng partlayışları eşidilib.

AZƏRTAC xəbər verir ki, üzümçülük sektorunun nümayəndələri xarici rəqabət, böyük market şəbəkələrinin qiymətləri aşağı salması, ağır tənzimləmə normaları və iqlim dəyişikliyinin təsirləri səbəbindən gəlirlərinin sürətlə azalmasından şikayət edirlər. Hérault həmkarlar ittifaqının (FDSEA) baş katibi Jan-Paskal Pelaqatti aksiyanı uğurlu adlandıraraq, 4–6 min nəfərlik iştirakı ciddi narazılığın göstəricisi kimi qiymətləndirib.

Prefektliyin məlumatında iki zibil qutusunun yandırıldığı və polisə daş atıldığı bildirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb, aksiyaya aid olmayan bir nəfər gözündən zədə alıb. Prefektlik gün ərzində 700 polis və jandarmın səfərbər edildiyini bildirib.

Üzüm təsərrüfatçıları normalardan boğulduqlarını, vergilər altında əzildiklərini, qiymətlər barədə onlara yalan danışıldığını vurğulayırlar. Aksiya iştirakçıları kənd təsərrüfatı nazirini sürətlə hərəkətə etməyə, vaxtın olmadığını və şərab istehsalının bölgədə tənəzzülə uğrayacağını qeyd ediblər.

Şərab istehsalçılarından ibarət nümayəndə heyətinin noyabrın 24-də ölkənin Kənd Təsərrüfatı Nazirliyində qəbul ediləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri