Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Fransanın cənubunda ölkəni bürüyən bir neçə həftəlik quraqlıq və rekord istilərdən sonra bölgədə irimiqyaslı meşə yanğınları tüğyan etməkdə davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Ən böyük yanğın ocağı Od və Ero regionlarında yayılıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, burada alovun söndürülməsinə 800-ə qədər yanğınsöndürən və təxminən 150 ədəd texnika cəlb olunub. Alov 900 hektardan çox ərazini bürüyüb.
Bundan əlavə, Marsel rayonunda da yeni yanğın ocaqları yaranıb. Cümə axşamı günü qeydə alınan iki yanğını nəzarət altına almaq mümkün olsa da, onlar hələ tam söndürülməyib.
Fransanın baş naziri Sebastyen Lekornü bəyan edib ki, yay mövsümünün əvvəlindən bəri ölkədə 7 000-ə yaxın yanğın hadisəsi baş verib və nəticədə 8 700 hektara yaxın sahə yanıb. O, mövcud vəziyyəti kifayət qədər gərgin kimi xarakterizə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 03 İyul 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















