Icma.az
close
up
RU
Fransanın Mayot qorxusu: adanı itirmək geosiyasi və geoiqtisadi maraqlara ziddir ŞƏRH

Fransanın Mayot qorxusu: adanı itirmək geosiyasi və geoiqtisadi maraqlara ziddir ŞƏRH

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransaya qarşı keçmiş müstəmləkələrdə artan narazılıq səngimir. Ard-arda həmin ərazilərdə Fransa əleyhinə etirazlar qalxır, müstəmləkə üsul-idarəsinə qarşı narazılıqlar artır. Mövcud Emmanuel Makron hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində artıq Niger, Qabon və digər keçmiş müstəmləkələrdən Fransa biabırcasına qovulub və proses dənizaşırı vilayətləri də əhatə etməyə başlayıb.

Rəsmi Paris bu gün də hər vəchlə müstəmləkə im­periyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır.

Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu nəticələr əldə edib. Beynəlxalq səviyyədə tədbirlər keçirib, neokolonializmə qarşı ciddi təşəbbüslərlə çıxış edib. Məhz Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib.

Fransız müstəmləkəçiliyinin ən pis nəticələrini yaşayan bölgələr arasında Mayot xüsusi seçilir. Hind okeanında, əsas dəniz yollarının yaxınlığında yerləşən bu ərazi Fransanın regionda mövcudluğu üçün strateji əhəmiyyət kəsb edir. Ada Fransanın regionda güc və təsir göstərə biləcəyi baza rolunu oynayır. Xüsusən də Çin və Hindistan kimi nəhəng ölkələrin Hind okeanında rəqabətinin artdığı bir dövrdə Mayotun əhəmiyyəti daha da qabarıq görünür.

Fransanın bir hissəsi olaraq Mayot ölkəyə balıqçılıq, neft və qaz kəşfiyyatı kimi dəniz resursları üzərində əhəmiyyətli hüquqlar təmin edən genişləndirilmiş Eksklüziv İqtisadi Zonaya giriş imkanı verir. Eksklüziv İqtisadi Zona ölkənin sahil zolağından 200 dəniz milinə (təxminən 370 km) qədər uzanan dəniz zonasıdır və burada həmin ölkənin dəniz ehtiyatlarını kəşf etmək, ondan istifadə kimi xüsusi hüquqları var.

Mayot ətrafındakı Eksklüziv İqtisadi Zona 70.000 kvadrat kilometrdən çox okeana çıxışı təmin edir. Buraya balıq ovu, mədənçıxarma, neft və qaz üçün qazma işləri, elmi tədqiqatların aparılması daxildir.

Mayot ətraf suları Fransanın dəniz iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən dünyanın ən böyük Eksklüziv İqtisadi Zonalarından birinə sahib olmasına kömək edir. Dənizaşırı ərazilərin sayəsində Fransa dünyada ikinci ən böyük Eksklüziv İqtisadi Zonaya malikdir. Mayotu özündə saxlamaqla Fransa materikdənkənar ərazilərdə qlobal güc olaraq siyasi irsini, mədəniyyətini və dilini miras saxlamağa çalışır. Mayotun itirilməsi Fransanın imperiya keçmişindən doğan böyük güc kimi nüfuzunun zəifləməsi kimi qiymətləndirilə bilər.

Ada sakinlərinin əsas tələblərinə gəldikdə, buraya Mayotun məqsədyönlü şəkildə fransızlaşdırılması, şirkətlərə fransız mənşəli rəhbər heyətin təyin edilməsi, yarım əsrdən çox hərəkətsizlikdən sonra rekord müddət ərzində Mayotda əsas infrastrukturun əhəmiyyətli dərəcədə inkişafı həyata keçirilməsi daxildir.

Eyni zamanda, Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi, çoxşaxəli sosial fəsadlara səbəb olmuş və soyğunçuluğu tamamlamış Mayot adasının Fransanın departamentinə çevrilməsinə son qoyulmalıdır.

Digər tələblər içərisində fransızların Mayota kütləvi köç etməsinə son qoyulması istənilir.

Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcudluğunun Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər.

Beləliklə, hər 4 okeanda mövcudluq Fransanın qlobal güc kimi imicinin qorunub-saxlanması ambisiyası ilə bağlıdır. Mayotun itirilməsi Fransanın digər dənizaşırı əraziləri üçün presedent yarada bilər. Buna görə də Fransa hökuməti müstəqilliklə bağlı istənilən demarşa aqressiv reaksiya verir.

Yaxın vaxtlarda bu istiqamətdə aktiv fəaliyyətin başlayacağını gözləmək olar. Qeyd edilir ki, Mayot adası hazırda Fransanın müstəmləkə siyasətinə qarşı savaşmağa çalışır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see249

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see227

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see139

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri