Fransanın mərkəzi bankı defolt təhlükəsi barədə xəbərdarlıq edib
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Bankının rəhbəri Emmanuel Mulen siyasətçi Jan-Lük Melanşonun ölkənin dövlət borcunun təxminən 18%-nin silinməsi təklifinin əleyhinə çıxış edib.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, mərkəzi bankın rəhbəri bu ideyanı qanunsuz, təhlükəli və faydasız adlandırıb.
Qeyd olunub ki, Melanşon sosial xərclər üçün əlavə vəsait ayırmaq məqsədilə Fransa Bankının balansında olan borcun ləğv edilməsini təklif edir. Mulen xəbərdarlıq edib ki, belə addım Avropa sazişlərini pozacaq, inflyasiyanı sürətləndirəcək və faiz dərəcələrinin artmasına gətirib çıxaracaq.
Mərkəzi bank rəhbərinin sözlərinə görə, bu, faktiki olaraq Fransa iqtisadiyyatının defoltu demək olacaq və 1797-ci ildən bəri ilk belə hal ola bilər.
Bundan əvvəl Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da təklifin əleyhinə çıxış edərək kreditorların mümkün reaksiyası barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Sentyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















