Icma.az
close
up
RU
Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi Parisi narahat edir

Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi Parisi narahat edir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlığı və öz müqəddəratlarını təyinetmə hüququ bəşəriyyətin ən fundamental haqlarından biridir. Birləşmiş Millətlər Təşkilatı (BMT) artıq uzun illərdir ki, bu istiqamətdə müxtəlif addımlar atır. Son günlərin hadisələri göstərir ki, bu sahədə irəliləyişlər əldə olunmaqdadır.
Xəbər verildiyi kimi, Parisdə imzalanan sənədə görə, Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Razılaşmaya görə, Yeni Kaledoniya Fransanın tərkibində qalsa da, geniş muxtariyyət əldə edəcək və beynəlxalq münasibətlər sahəsində müəyyən funksiyaları üzərinə götürəcək. Yeni statusun hüquqi çərçivəsi 2026-cı ildə qəbul ediləcək fundamental qanunla müəyyən ediləcək. Bu məsələdə Azərbaycanın, daha doğrusu, Bakı Təşəbbüs Qrupunun (BTQ) rolu danılmazdır.
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan xarici siyasətində daha bir uğura imza atıb: “Azərbaycan 121 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 21-ci əsrdə davam edən müstəmləkəçilik və onun yeni təzahürlərinin aradan qaldırılmasını əsas xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq platformalarda, xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı müstəmləkəçiliklə mübarizəni gündəmə gətirib, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqların müstəqil yaşaması, öz müqəddəratını təyin etməsinə dəstək ifadə edib. Nəticədə bu günlərdə 2 yaşı tamam olan BTQ bu müddət ərzində beynəlxalq qeyri-hökumət təşkilatı kimi Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada dekolonizasiya və insan haqları məsələləri üzrə əhəmiyyətli nəticələr əldə edib. Onu da vurğulayaq ki, məqsədi müstəmləkə altında yaşayan xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməkdən ibarət olan bu təşkilat dünyada neokolonializmə qarşı mübarizədə mühüm rol oynayır. Odur ki, Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi və ona qarşı mübarizədə BTQ-nin fəaliyyəti rəsmi Parisi ciddi narahat edir. Elə bu səbəbdən ölkəmizə qarşı əsası olmayan iddialarla çıxış etməkdə davam edir. Amma bütün bunlara baxmayaraq, dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib”.
Millət vəkilinin sözlərinə görə, iyulun 12-də Yeni Kaledoniyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Parisdə sazişə imza atılıb: “Fransa dövlətinin başçısı Emmanuel Makron ilk dəfə Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib. Sazişə əsasən, Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyətin tanıması nəzərdə tutulan, Fransa tərkibində unikal institusional qurum - Yeni Kaledoniya Dövləti yaradılacaq. Onu da qeyd edək ki, Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu özündə saxlayır. Bununla da bəzi Fransa rəsmilərinin dəyişdirilməsi mümkünsüz elan etdiyi Fransa Konstitusiyasının “toxunulmazlığı”na son qoyulur. Beləliklə, dekolonizasiya istiqamətində unikal presedent yaranır”.
P. Vəliyeva daha sonra bildirdi: “Ermənistan-Azərbaycan normallaşma prosesinə hər vəchlə mane olan, revanşizmi dəstəkləyən, Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, birtərəfli qaydada təcavüzkar ölkəni silahlandıran, maliyyə dəstəyi verən Fransa Prezident İlham Əliyevə təzyiq etməyin mənasız olduğunu başa düşsə də, düşmənçilik mövqeyindən əl çəkməyib. Fransa ərazi baxımımdan Azərbaycandan 7 dəfədən artıq, əhali baxımımdan 6 dəfədən çox olsa da, dövlət başçımız fransalı həmkarını bütün cəbhələrdə neytrallaşdıra, hətta açıq-aşkar üstələyə bilib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Ermənistan üzərində Zəfərini öz şəxsi məğlubiyyəti hesab edən Makron bu dəfə “daxili iş” deyərək neytrallaşdırmağa çalışdığı koloniyalaşdırma məsələsində də cənab Prezident İlham Əliyevə məğlub oldu və o, müstəqillik tərəfdarlarına münasibətdə böyük güzəştə getməyə - Yeni Kaledoniya üzərindəki müstəmləkəçiliyini bitirməyə məcbur oldu”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri