Fransanın PSJ klubunun prezidenti barəsində istintaq başlanılıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə ilkin araşdırmaya başlanılıb.
"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris prokurorluğu "Anticor" təşkilatının müraciətindən sonra işi antikorrupsiya bölməsinə göndərib.
Təşkilat ehtimal edir ki, 2024-cü ilin yayında Əl-Xəlaifi Birinci Liqa matçlarının televiziya hüquqlarının satışı üzrə danışıqlar zamanı tutduğu vəzifələrdən istifadə etmiş ola bilər.
Həmin vaxt Əl-Xəlaifi həm də PSJ-nin prezidenti ilə yanaşı, "beIN Media Group"unun rəhbəri və Fransa Peşəkar Futbol Liqasının Direktorlar Şurasının üzvü olub.
Təşkilatda hesab edirlər ki, onun tutduğu vəzifələr Fransa çempionatının televiziya hüquqlarının bölüşdürülməsi zamanı liqanın qərarlarına "beIN Media Group"un xeyrinə təsir göstərməsinə imkan verə bilərdi.
İlkin araşdırmanın başlanması özlüyündə qanun pozuntusu faktının və ya Əl-Xəlaifinin təqsirinin müəyyən edilməsi demək deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 20 Sentyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















