Fransanın qərbini su basıb, Parisdə də daşqın təhlükəsi var
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Fransanın qərbindəki beş departamentdə daşqınlara görə ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, bu departamentlər Atlantik Luara, Jironda, Lo və Qaronna, Men və Luara ilə Sahilyanı Şarantadır.
Daha 18 departamentdə narıncı səviyyə qüvvədədir.
Jironda departamentində bir neçə min ev təsərrüfatı elektriksiz, təxminən 20 min nəfər mobil rabitəsiz qalıb.
Çayların daşması nəticəsində yaranan daşqınlar Fransanın qərbində nəqliyyat sisteminin işində fasilələrə səbəb olub. Daşqına görə 70-dən çox yol bağlanıb. Dəmir yolunda, xüsusilə Bordo rayonunda nasazlıqlar var.
Parisdə Sena çayında suyun səviyyəsinin qalxması gözlənilir. Bildirilib ki, Sena çayı şənbə günü daşa bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 19 Fevral 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















