Icma.az
close
up
RU
Fransanın Rumıniyada prezident seçkisinə müdaxiləsi ilə bağlı Durovun ittihamlarına Parisdən cavab

Fransanın Rumıniyada prezident seçkisinə müdaxiləsi ilə bağlı Durovun ittihamlarına Parisdən cavab

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lerner "Telegram"ın həmtəsisçisi Pavel Durovun Rumıniyada prezident seçkisinə müdaxilə ilə bağlı ittihamlarını təkzib edib.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.

Lernerin sözlərinə görə, Durovla görüşündə yalnız xüsusi xidmət orqanları ilə şifrəli mesajlaşma platformaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, "Telegram"da müəyyən kanalların bloklanması ilə bağlı heç bir tələb irəli sürməyib, çünki Durovun söz azadlığına münasibətini bilir.

Qeyd edək ki, mayın 18-də Durov bəyan edib ki, mesencer Rumıniyada seçki ərəfəsində "Qərbi Avropa ölkələrindən birinin" rumın mühafizəkarlarına məxsus kanalların bloklanması ilə bağlı müraciətini yerinə yetirməkdən imtina edib. O, sonradan "X" sosial şəbəkəsində paylaşım edərək həmin ölkənin Fransa olduğunu və 2025-ci ilin yazında Fransa xarici kəşfiyyatının rəhbəri Nikola Lernerin bu xahişlə ona müraciət etdiyini dəqiqləşdirib.

Fransa kəşfiyyat xidməti isə təsdiqləyib ki, son illər ərzində Pavel Durovla bir neçə dəfə birbaşa əlaqə saxlayıblar. Məqsəd, onun rəhbərlik etdiyi şirkətə terrorizm və uşaq pornoqrafiyası ilə mübarizədə məsuliyyətini xatırlatmaq olub. Bununla belə, qurum seçki prosesi ilə əlaqədar hər hansı hesabın bağlanması ilə bağlı müraciət edildiyi iddialarını qətiyyətlə təkzib edib.

Daha sonra Durov Rumıniyada prezident seçkisinə ehtimal olunan xarici müdaxilə ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Fransa kəşfiyyatı terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə adı altında Rumıniya, Moldova və Ukrayna vətəndaşlarının IP ünvanları ilə maraqlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see236

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see219

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see150

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see140

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see140

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see138

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see137

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see131

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see130

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see130

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see126

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see118

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see118

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see117

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see117

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see116

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

26 Avqust 2025 09:09see116

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see115

Türkiyədə quraqlıq TƏHLÜKƏSİ

26 Avqust 2025 18:33see114

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri